6 yaşı dekabrın 31-dək tamam olacaq uşaqlar birinci sinfə müsabiqəsiz qəbul ediləcək
Digərləri 06 İyl 2018 15:48:52 211 0
6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul ediləcək.
Bakı.
6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul ediləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyev ““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Fərman imzalayıb.
Dəyişikliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.
Mənbə: az.trend.az