İnsultun qarşısını alan ən əlçatan vasitə


Digərləri 02 İyl 2018 23:31:00 269 0

İnsultun qarşısını alan ən əlçatan vasitə

İldən ilə bütün dünyada insult və infarktdan ölən insanların sayı artır.

Həmçinin mütəxəssislər bu pozulmaların xeyli cavanlaşdığını da qeyd edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, Ohayo Universiteti (ABŞ) alimləri insultun riskini azaldan çox sadə və əlçatan vasitə aşkar edib. Onların müşahidələrinə görə, gün şüaları ürək-damar sistemini möhkəmləndirir, mümkün olan pozulmalardan qoruyur, insult və infarktın riskini azaldır.

Araşdırma göstərib ki, gün ərzində yalnız 15 dəqiqə ərzində çöldə günün altında olmaq ürək-damar sisteminin vəziyyətini xeyli yaxşılaşdırır.  

Alimlərin fikrinə görə, orqanizmdə gün şüaları təsirindən sintez olunan D vitamininin çatışmazlığı damarların daxili qatını əmələ gətirən hüceyrələrin zədələnməsinə səbəb olur ki, nəticədə bu ürək-damar sistemində müxtəlif xəstəliklərin inkişafına səbəb olur.