Rəqəmsallaşmada yeni mərhələ: Qurumlar vahid sistemə keçir


Siyasət 19 Fev 2026 19:43:00 66 0

Rəqəmsallaşmada yeni mərhələ: Qurumlar vahid sistemə keçir

Prezident İlham Əliyev fevralın 11-də "Azərbaycanın yeni rəqəmsal arxitekturası"na həsr olunmuş müşavirədə əsas diqqəti dövlət xidmətlərinin vahid mərkəzdə birləşdirilməsinin vacibliyinə yönəldib. Prezident vurğulayıb ki, son illər müxtəlif qurumlar tərəfindən çoxsaylı platforma və tətbiqlər yaradılsa da, artıq bu xidmətlər koordinasiyalı şəkildə və tək mərkəzdən təqdim olunmalıdır. Onun sözlərinə görə, dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməli, mövcud platformalar isə mərhələli şəkildə vahid sistemdə birləşdirilməlidir.Əsas məqsəd vətəndaşa lazım olan bütün xidmətlərin bir ünvandan, daha rahat, operativ və səmərəli şəkildə təqdim edilməsidir.

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Abbasov Son.az-a açıqlamasında bildirib ki, Azərbaycanda rəqəmsallaşma səviyyəsi hazırda qeyri-bərabərdir. Onun sözlərinə görə, ASAN, Vergi Xidməti və ƏƏSMN (sosial xidmətlər) rəqəmsal lokomotiv rolunu oynayaraq yüksək səviyyəli xidmətlər təqdim etsə də, kommunal sahələr (su, qaz, işıq), Səhiyyə və yerli icra hakimiyyətləri hələ də pərakəndə rəqəmsallaşmadan əziyyət çəkir:

"Xüsusilə kommunal ödənişlərin fərqli tətbiqlərdə olması, səhiyyədə tibbi məlumatların tam inteqrasiya edilməməsi və regional idarələrin zəif infrastrukturu dövlət xidmətlərində pərakəndəliyə və vətəndaşın vaxt itkisinə səbəb olur. Prezidentin tapşırığına əsasən, bu geri qalma myGov vahid platforması üzərindən aradan qaldırılmalı, qurumlar fərdi tətbiqlərdən imtina edərək məlumatlarını "Hökumət Buludu"na (G-Cloud) köçürməli və vətəndaş mərkəzli vahid interfeysə uyğunlaşmalıdırlar".

E.Abbasov qeyd edib ki, idarəetmədə rəqəmsallığın tam bərqərar olması üçün mərkəzi və regional qurumlar arasındakı "məlumat uçurumu" bağlanmalı, kadr potensialı gücləndirilməli və kibertəhlükəsizlik standartları mərkəzləşdirilməlidir.

Ekspert nəzərə çatdırıb ki, qurumlar, xüsusilə kommunal sektor və səhiyyə strukturları paralel platformalar yaratmaq üçün ayrılan büdcə vəsaitlərinə qənaət etməli və resurslarını vahid sistemin proaktiv xidmət modelinə yönəltməlidirlər:

"Bu keçid təkcə texnoloji yenilənmə deyil, həm də dövlət qurumlarının iş prinsipinin tam şəffaflaşması və vətəndaşın bütün xidmətləri, vergi borcundan kommunal ödənişə, tibbi reseptdən sosial arayışadək bir nöqtədən əldə etməsi deməkdir".

Mina Mikayılova Son.az

Nazir polkovnikleytenanta yüksək vəzifə verdi like
  • 19 Fev 19:41  
Digərləri Nazir polkovnikleytenanta yüksək vəzifə verdi

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının komandiri v

arrow Ətraflı
Cey Di Vens İlham Əliyevə və Paşinyana təşəkkür edib like
  • 19 Fev 19:40  
Siyasət Cey Di Vens İlham Əliyevə və Paşinyana təşəkkür edib

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Azərbaycan Prezidenti İlham Əliyevə v�

arrow Ətraflı
“Bəzəkli kişiyəm...” like
  • 19 Fev 19:35  
Şou-biznes “Bəzəkli kişiyəm...”

Müğənni Gökhan Türkmen dırnaq boyasından istifadə etməsindən danışı

arrow Ətraflı
Keçən il 5 manat idi, indi 15 manat: Gümüşdə rekord bahalaşma like
  • 19 Fev 19:23  
Digərləri Keçən il 5 manat idi, indi 15 manat: Gümüşdə rekord bahalaşma

Son 1 ildə gümüş faiz nisbətində qızıldan daha çox bahalaşıb... Hazı

arrow Ətraflı
İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam  Tramp like
  • 19 Fev 19:10  
Siyasət İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam Tramp

Onlar yaxşı insanlardırlar, amma çətindirlər. Düşünürəm ki, onlar dos

arrow Ətraflı
"5 ildir övladım olmur"  Efirdə AĞLADI like
  • 19 Fev 19:00  
Şou-biznes "5 ildir övladım olmur" Efirdə AĞLADI

Azərbaycanlı müğənni Arzu Mirzəyeva qatıldığı "Rəngarəng"

arrow Ətraflı
Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana ekstradisiya edilib like
  • 19 Fev 18:41  
Digərləri Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilmiş daha 2 şəxs Azərbaycana ekstradisiya edilib.

arrow Ətraflı
Universitetin müəllimi vəfat etdi  FOTO like
  • 19 Fev 18:39  
Digərləri Universitetin müəllimi vəfat etdi FOTO

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin müəllimi, coğr

arrow Ətraflı
Abdin Fərzəliyev 6 nəfəri işdən çıxardı like
  • 19 Fev 18:35  
Digərləri Abdin Fərzəliyev 6 nəfəri işdən çıxardı

Abşeron Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyindən sonra b

arrow Ətraflı
Kənan MM və Orxan Saffari polisə çağırıldı like
  • 19 Fev 18:20  
Şou-biznes Kənan MM və Orxan Saffari polisə çağırıldı

Tanınmış rejissor Kənan Mahmudov (Kənan MM) və yazıçı Orxan Saffari pol

arrow Ətraflı
Mətanətin rəqsi müzakirə yaratdı like
  • 19 Fev 18:19  
Şou-biznes Mətanətin rəqsi müzakirə yaratdı

Müğənni Mətanət Əsədova qonaq olduğu televiziya proqramında sərgilədi

arrow Ətraflı
Bu məhsulu Rusiyaya aparmayın  AZAL xəbərdarlıq etdi like
  • 19 Fev 18:08  
Digərləri Bu məhsulu Rusiyaya aparmayın AZAL xəbərdarlıq etdi

Üzərlik Azərbaycan qanunvericiliyinə görə cinayət tərkibi yaratmasa da,

arrow Ətraflı
Xəzər dənizində zəlzələ oldu like
  • 19 Fev 18:04  
Digərləri Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində 3.6 maqnitudalı zəlzələ baş verib.

arrow Ətraflı