Universitetin müəllimi vəfat etdi FOTO
Digərləri 19 Fev 2026 18:39:00 72 0
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin müəllimi, coğrafiya üzrə elmlər namizədi Firəngiz Eyyub qızı Qasımova vəfat edib.
Bu xəbəri də oxu: Lüdviq van Bethovenin yaradıcılığına həsr olunmuş unudulmaz konsert proqramı baş tutub
Son.az xəbər verir ki, Firəngiz Qasımova 30 mart 1959-cu ildə Bakı şəhərinin Zirə qəsəbəsində anadan olub. O, 1966-1976-cı illərdə Zirə qəsəbəsi 120 saylı orta məktəbdə təhsil alıb, 1976-1978-ci illərdə texniki məktəbi bitirib. 1980-1986-cı illərdə BDU-nun Coğrafiya fakültəsində ali təhsil alıb, 1987-1989-cu illərdə isə Xarici Dillər Universitetinin nəzdində "Ərəb dili" kursunu bitirib.
Firəngiz Qasımova 1980-ci ildən etibarən BDU-da əmək fəaliyyətinə başlayıb, uzun illər İqtisadi və sosial coğrafiya, 2007-ci ildən isə Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedralarında çalışıb. 2007-ci ildə "Abşeron iqtisadi rayonunun şəhər tipli yaşayış məntəqələrinin inkişafının iqtisadi və sosial təhlili" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya üzrə elmlər namizədi elmi dərəcəsini alıb.
Elmi fəaliyyəti dövründə 55 elmi məqalənin, o cümlədən 1 dərsliyin, 2 monoqrafiyanın və 7 tədris proqramının müəllifi olub. Onun tədqiqatları əsasən Azərbaycanın regionlarının sosial və iqtisadi-coğrafi problemlərinə həsr edilib. Firəngiz Qasımova ölkə daxilində və xaricdə keçirilən çoxsaylı beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və elmi tədbirlərdə fəal iştirak edib.
Allah rəhmət eləsin! (Oxu24.com)
Abşeron Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyindən sonra b
Tanınmış rejissor Kənan Mahmudov (Kənan MM) və yazıçı Orxan Saffari pol
Müğənni Mətanət Əsədova qonaq olduğu televiziya proqramında sərgilədi
Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir.
Üzərlik Azərbaycan qanunvericiliyinə görə cinayət tərkibi yaratmasa da,
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında aktrisa İlqarə Toso
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqa
"Nadir Events"in təşkilatçılığı ilə Müslüm Maqomayev adına
Quba rayonunun Xucbala kənd Zöhrab Əkbərov adına tam orta məktəbində bir
Amnistiya aktı ilə azadlığa buraxılan müğənni Dəniz Əsədovaya ittih
Beynəlxalq Muğam Mərkəzində "Liebestod və ya Eşqin ekstazında öl
Model və müğənni Mujgan Ayxan səsləndirdiyi açıqlama ilə sosial şəbə
Fevralın 19-u saat 16:00-a olan faktiki hava açıqlanıb.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O
