İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb


Siyasət 18 Fev 2026 20:48:00 78 0

İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 18-də dövlətimizin başçısı Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) icraçı direktoru Elliot Brandt və digər rəhbər heyəti ilə görüşüb.

Söhbət zamanı Amerika İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndə heyətinin ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlandı.

Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşadıqlarını, bunun dünya üçün nümunə olduğunu deyən Elliot Brandt ölkəmizdə yəhudi icmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin əsrlər boyu harmoniya şəraitində yaşadıqlarını vurğuladı, tolerant mühitin ölkəmiz üçün tarixən həyat tərzi olduğunu dedi.

Görüşdə Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq prosesinə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirildi.

Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə toxunuldu, Donald Trampın hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi vurğulandı.

Bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə uğurlu səfərinə və "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının əhəmiyyətinə toxunuldu. Bu Xartiyada ölkələrimiz arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, süni intellekt və rəqəmsal transformasiya məsələlərinin də prioritet istiqamətlər kimi müəyyən edildiyi qeyd olundu.

Amerika İsrail İctimai Əlaqələr Komitəsinin Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin dərinləşdirilməsində rolu vurğulandı.

Görüşdə ölkəmizlə bu təşkilat arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Son.az 

Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib like
  • 18 Fev 20:26  
Siyasət Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagra

arrow Ətraflı
"Yoldaşıma deyirəm ki, nə sevinirsən, arvaduşağını atıb gedirsən" like
  • 18 Fev 20:13  
Şou-biznes "Yoldaşıma deyirəm ki, nə sevinirsən, arvaduşağını atıb gedirsən"

"Oğlum deyir ki, çox kədərlisən, atam gedir ona görə? Deyirəm, hər

arrow Ətraflı
Ramazan ayının birinci gününün duası like
  • 18 Fev 20:00  
Digərləri Ramazan ayının birinci gününün duası

Ramazanın birinci günü üçün Azərbaycanda oruc vaxtları:

arrow Ətraflı
"Nigar, bəlkə Kürdəmirdir?" like
  • 18 Fev 19:59  
Şou-biznes "Nigar, bəlkə Kürdəmirdir?"

Xəbər verdiyimiz kimi, "Avroviziya 2011" qalibi Nigar Camal müğən

arrow Ətraflı
Azərbaycanda bu idarələr like
  • 18 Fev 19:57  
Digərləri Azərbaycanda bu idarələr

Azərbaycanda meliorasiya sahəsində fəaliyyət göstərən daha bir neçə id

arrow Ətraflı
Həkim ərinin evdarlığını PAYLAŞDI like
  • 18 Fev 19:45  
Şou-biznes Həkim ərinin evdarlığını PAYLAŞDI

Sevda Yahyayeva şəxsi həyatından yeni görüntüləri ilə diqqət çəkib.

arrow Ətraflı
Suyun qiyməti ilə bağlı rəsmi like
  • 18 Fev 19:34  
Digərləri Suyun qiyməti ilə bağlı rəsmi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi suyun qiyməti ilə bağlı Tarif

arrow Ətraflı
Şagirdlərin kütləvi zəhərləndiyi bufet bağlandı  RƏSMİ like
  • 18 Fev 19:22  
Digərləri Şagirdlərin kütləvi zəhərləndiyi bufet bağlandı RƏSMİ

Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Re

arrow Ətraflı
Hava kəskin soyuyacaq: 46 dərəcə...  XƏBƏRDARLIQ like
  • 18 Fev 19:10  
Digərləri Hava kəskin soyuyacaq: 46 dərəcə... XƏBƏRDARLIQ

Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si

arrow Ətraflı
"Yazıblar ki, səni, o evi də partladacağam" like
  • 18 Fev 18:39  
Şou-biznes "Yazıblar ki, səni, o evi də partladacağam"

Zaur Nəbioğlu təqdim etdiyi "Rəngarəng" verilişində səsləndir

arrow Ətraflı
"Dəniz Mall"ın qarşısında ağır qəza: Yaralı var like
  • 18 Fev 18:23  
Digərləri "Dəniz Mall"ın qarşısında ağır qəza: Yaralı var

Bakıda sərnişinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyya

arrow Ətraflı
"Əhməd haradadır?"ın "Ceyran"ı illər sonra etiraf etdi like
  • 18 Fev 18:22  
Şou-biznes "Əhməd haradadır?"ın "Ceyran"ı illər sonra etiraf etdi

"Əhməd haradadır?" filminin Ceyranı - aktrisa, Gürcüstanın Xalq

arrow Ətraflı
“Tramp bezib, 90% hərbi əməliyyatlar başlayacaq”  KİV like
  • 18 Fev 18:18  
Digərləri “Tramp bezib, 90% hərbi əməliyyatlar başlayacaq” KİV

Tramp administrasiyası Yaxın Şərqdə əksər amerikalıların düşündüyü

arrow Ətraflı
İcma: "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir like
  • 18 Fev 18:16  
Digərləri İcma: "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir

"Amnesty International" təşkilatı fevralın 17-də Azərbaycan məh

arrow Ətraflı
"Sovetski" də ilin sonuna kimi 4200dən artıq mənzil söküləcək like
  • 18 Fev 18:10  
Digərləri "Sovetski" də ilin sonuna kimi 4200dən artıq mənzil söküləcək

Bakının "Sovetski" adlanan ərazisində söküntü və yenidənqurma

arrow Ətraflı