Şagirdlərin kütləvi zəhərləndiyi bufet bağlandı RƏSMİ
Digərləri 18 Fev 2026 19:22:00 58 0
Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən rayonun Aşıqlı kənd məktəbinin daxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlama keçirilib.
Bu xəbəri də oxu: Bu gündən ali məktəblərə sənəd qəbulu başlayır
Bu barədə Son.az-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilir ki, aatılan məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb.
"Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb", - qurumdan qeyd olunub.
Xatırladaq ki, fevralın 17-də AQTA Göygöl rayonu Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət olunduğunu vurğulayıb. Bildirilir ki, şagirdlərə ilkin tibbi yardım göstərilib, dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit diaqnozu qoyulub:
"Faktla bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub. İctimaiyyətə əlavə məlumat veriləcək".
Qeyd edək ki, hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, dünən saat 13:00 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın) yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.
Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsil məktəbindən isə sorğuya cavab olaraq dərs prosesi zamanı 10 nəfər şagird özünü pis hiss etdiyi, dərhal xəstəxanaya çatdırıldıqları bildirilib:
"Hazırda məktəblilər həkim nəzarətindədirlər, onların müayinəsi aparılır. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır", - məlumatda qeyd olunub. Son.az
Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si
Zaur Nəbioğlu təqdim etdiyi "Rəngarəng" verilişində səsləndir
Bakıda sərnişinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyya
"Əhməd haradadır?" filminin Ceyranı - aktrisa, Gürcüstanın Xalq
Tramp administrasiyası Yaxın Şərqdə əksər amerikalıların düşündüyü
"Amnesty International" təşkilatı fevralın 17-də Azərbaycan məh
Bakının "Sovetski" adlanan ərazisində söküntü və yenidənqurma
Zeynəb Həsəni efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib və sosial
Türkiyəli məşhur müğənni Ebru Gündeşin qızı Alara Zarraba miras qoydu
Nəriman Həsənzadə "Heydər Əliyev" ordeni ilə təltif edilib.
Fevralın 19-da saat 10:00-dan etibarən Ağdaş rayonun bəzi kəndlərində qa
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şai
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndiril
Sair və qiraətçi Nazilə Səfərli sosial mediada diqqət çəkən görüntü
Ramazan ayında iftar və sahurda edilən bəzi yanlış qidalanma vərdişləri
