Xalq artisti Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib FOTO


Kriminal 14 Fev 2026 21:13:00 53 0

Xalq artisti Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib  FOTO

Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçivəsində unudulmaz xanəndə "Şöhrət", "Şərəf" və "İstiqlal" ordeni laureatı, xanəndə, Xalq artisti Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib. 

Bu xəbəri də oxu: Bakıda sayğac oğrusu TUTULDU

Xatirə gecəsində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın Mədəniyyət Səfiri Sahib Paşazadə çıxış edərək bildirib ki, Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. Xanəndənin ifasında olan "Bayatı-Şiraz", "Dəşti", "Şur" və başqa muğam və təsniflər Azərbaycan radiosunun "qızıl fondu"nda qorunub saxlanılır. Ə.Məmmədov 100-dən çox mahnı və təsnifin müəllifidir. Onun bəstəkar kimi müəllifi olduğu mahnıları muğam ifaçıları bu gün də sevərək ifa edirlər. Direktor xanəndənin gənc nəsil muğam ifaçıları üçün hər zaman bir örnək, nümunə olduğunu qeyd edərək sənətkarın Muğam Televiziya Müsabiqəsində münsif kimi hər zaman gənclərə sevərək, böyük sənət eşqi ilə sənətin sirrlərini öyrətdiyini, məsləhətlərini əsirgəmədiyini xatırladı. Yazıçı- dramaturq İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə xanəndənin həyat və yaradıcılığından söz açılıb. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov çıxışında bildirib ki,  Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnərək, muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınıb. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələrini təbliğ edən görkəmli xanəndə bütün səy və bacarığını istedadlı ifaçı nəslinin yetişdirilməsinə sərf edib. Onun muğam sənətinin incəliklərini aşıladığı tələbələri müxtəlif festivalların, müsabiqələrin qalibi olublar. Gecədə Xalq artisti Eyyub Yaqubov, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Sevinc Sarıyeva, İlkin Əhmədov, xanəndələr Nisbət Sədrayeva, Hüseyn Məlikov, Malik Həsənov, Murad Laçın və klarnet ifaçısı Şəmsi Məmmədov çıxış edərək sənətkarın repertuarından muğam , təsnif və unudulmaz mahnıları ifa ediblər. İfaçıları BMM-nin solistlərindən ibarət instrumental heyət tarda Rüstəm Müslümov, kamançada Əməkdar artist Toğrul Əsədullayev,qanunda Məryəm İslamova, balabanda Rəfael Əsgərov, nağarada Siyavuş Kərimov, bəm nağarada Səyyar Teymurov müşayiət edib. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az


Xəbərə aid foto

Kim deyər ki, 80 yaşı var? like
  • 14 Fev 20:48  
Şou-biznes Kim deyər ki, 80 yaşı var?

Türk pop musiqisinin "Superulduz"u kimi tanınan Ajda Pekkan 80 yaş�

arrow Ətraflı
Sevgililər Günündə qaynar xəttə yığıb tort istədi, cərimələndi like
  • 14 Fev 20:17  
Digərləri Sevgililər Günündə qaynar xəttə yığıb tort istədi, cərimələndi

Türkiyədə Sevgililər Günündə xilasetmə xidmətinin 112 qaynar xəttinə

arrow Ətraflı
Xanım Vensin Bakıda gizli ziyarəti: Suraxanıya niyə gedib? like
  • 14 Fev 20:08  
Digərləri Xanım Vensin Bakıda gizli ziyarəti: Suraxanıya niyə gedib?

ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens fevralın 12-də Bakıya səfəri zaman�

arrow Ətraflı
Sahil Babayev qərar verdi: Maliyyə Nazirliyinə tabe olan bu idarələr ləğv edilir like
  • 14 Fev 20:04  
Digərləri Sahil Babayev qərar verdi: Maliyyə Nazirliyinə tabe olan bu idarələr ləğv edilir

Maliyyə naziri Sahil Babayev tərəfindən imzalanan son qərara əsasən Dövl

arrow Ətraflı
Ramil Qasımov milli muzeylərin təbliğinə yönələn layihəyə start verdi – VİDEO like
  • 14 Fev 19:30  
Kriminal Ramil Qasımov milli muzeylərin təbliğinə yönələn layihəyə start verdi – VİDEO

Azərbaycanın Əməkdar artisti Ramil Qasımov milli muzeylərin populyarlaşd�

arrow Ətraflı
9 ildən sonra barışdılar like
  • 14 Fev 19:27  
Şou-biznes 9 ildən sonra barışdılar

Türk kinosunun tanınmış simaları Halil Ergün və Hülya Koçyiğit arasın

arrow Ətraflı
Zakir Qaralova ağır itki  FOTO like
  • 14 Fev 19:00  
Digərləri Zakir Qaralova ağır itki FOTO

Azərbaycanda bu gün vəfat edən polkovnik Knyaz Qaralov məşhur şəxslərin

arrow Ətraflı
Avropa Komissarı: TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər like
  • 14 Fev 18:54  
Siyasət Avropa Komissarı: TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər

"Regionda böyük dəyişikliklərin baş verdiyinin şahidiyik və bu, sü

arrow Ətraflı
Vanq Huiyao: Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq like
  • 14 Fev 18:45  
Siyasət Vanq Huiyao: Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq

Çinin İpək Yolunu asanlaşdıran "Bir kəmər, bir yol" təşəbbü

arrow Ətraflı
Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı like
  • 14 Fev 18:41  
Siyasət Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı

Keçmişdə Qara dənizi və ya Xəzər dənizini daha çox bizi ayıran sədd k

arrow Ətraflı
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq like
  • 14 Fev 18:40  
Digərləri Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında fevralın 14-də müşahidə ediləcək və

arrow Ətraflı
İlham Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq like
  • 14 Fev 18:37  
Siyasət İlham Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

Biz artıq cəmi 6 aydır ki, sülh şəraitində yaşayırıq, inanın ki, bu,

arrow Ətraflı
Prezident: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb like
  • 14 Fev 18:25  
Siyasət Prezident: Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb

Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb. He�

arrow Ətraflı
İlham Əliyevin Münxendə Zelenski ilə görüşü olub like
  • 14 Fev 18:21  
Siyasət İlham Əliyevin Münxendə Zelenski ilə görüşü olub

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

arrow Ətraflı