Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı
Siyasət 14 Fev 2026 18:41:00 80 0
Keçmişdə Qara dənizi və ya Xəzər dənizini daha çox bizi ayıran sədd kimi qəbul etmişik. Sülh layihələri və Ermənistanla Azərbaycan arasındakı sülh sanki mümkün olmayan bir qapını açdı.
Bu xəbəri də oxu: Vanq Huiyao: Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos Münxendə "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə deyib. O, Avropa İttifaqı tərəfindən ciddi şəkildə dəstəklənən bu sülh layihəsində liderliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
"Bəli, biz yeni bir struktur qururuq. Bu, Avropa ilə Çin arasındakı bütün digər marşrutları unudacağımız mənasına gəlmir, amma şaxələndirməyə diqqət yetirməliyik. Ən uyğun olan yolları seçəcəyik ki, qısa müddətdə daha çox yük təmin etmək mümkün olsun. Trans-Xəzər nəqliyyat dəhlizi 2030-cu ilə qədər daşınma həcmini üç dəfə artıra, tranzit müddətini yarıya endirə və ildə on milyonlarla xərcə qənaət edə bilər. Bu, həm də biznes üçün ən böyük cəlbedici amillərdən biridir", - deyə Marta Kos bildirib. Son.az
Azərbaycanın avtomobil yollarında fevralın 14-də müşahidə ediləcək və
Biz artıq cəmi 6 aydır ki, sülh şəraitində yaşayırıq, inanın ki, bu,
Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb. He�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Sülh kö
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen
56 yaşlı amerikalı müğənni Cenifer Lopes sosial media hesabında idman ed�
Sinqapur məhkəməsi 97 yaşlı bir kişini əqli cəhətdən sağlam və oğlu
Xalq artisti Röya Ayxan toy məclislərinin birində görüntülənib.
Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildiril
"Apple" yaxın həftələrdə iPhone 16e, M3 iPad Air, Studio Display
Dövlət Sərhəd Xidmətinin (DSX) Baş idarəsinin sabiq rəisi, polkovnik Kny
