Vanq Huiyao: Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq
Siyasət 14 Fev 2026 18:45:00 54 0
Çinin İpək Yolunu asanlaşdıran "Bir kəmər, bir yol" təşəbbüsü var və biz onu canlandıracağıq.
Bu xəbəri də oxu: İlham Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Çin və Qloballaşma Mərkəzinin təsisçisi və prezidenti, Çin Xalq Respublikasının keçmiş dövlət müşaviri Vanq Huiyao Münxendə "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə deyib.
O bildirib ki, Çin yeni bir dəhlizin, yeni əlaqələrin genişləndirilməsinə kömək etmək istəyir. Vanq Huiyao Çindən Avropaya daşınmaların həcminin artdığını deyib. "Düşünürəm ki, bütün bu fərqli dəhlizlər birlikdə işləməlidir. Çinin "Bir kəmər, bir yol" layihəsi artıq 12 ildir ki, fəaliyyət göstərir. Dünyanın müxtəlif yerlərində 3000-dən çox layihəyə bir trilyon ABŞ dollarından çox sərmayə qoyulub. Bu cür yanaşma, infrastruktur, insanlar arasında mübadilə rifahı, sabitliyi qorumaq və sülh yaratmaq üçün həqiqətən vacibdir. Çinin bütün bu böyük işləri görməsi düşünürəm ki, çox faydalıdır. Azərbaycan əla bir ölkədir. Mən orada dəfələrlə olmuşam. Biz həmişə Azərbaycanın "yumşaq gücü"nə heyran olmuşuq",- deyə o, bildirib. Son.az
Düşünürəm ki, TRIPP Prezident Trampın adını daşıyır və bu o deməkdi
Keçmişdə Qara dənizi və ya Xəzər dənizini daha çox bizi ayıran sədd k
Azərbaycanın avtomobil yollarında fevralın 14-də müşahidə ediləcək və
Biz artıq cəmi 6 aydır ki, sülh şəraitində yaşayırıq, inanın ki, bu,
Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb. He�
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Sülh kö
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen
56 yaşlı amerikalı müğənni Cenifer Lopes sosial media hesabında idman ed�
Sinqapur məhkəməsi 97 yaşlı bir kişini əqli cəhətdən sağlam və oğlu
Xalq artisti Röya Ayxan toy məclislərinin birində görüntülənib.
Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildiril
