Qubada heyvanları oğurlayıb Sumqayıtda dəyərdəyərməzə satırmışlar FOTO


Digərləri 11 May 2018 19:10:00 271 0

Qubada heyvanları oğurlayıb Sumqayıtda dəyərdəyərməzə satırmışlar  FOTO

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Son.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Səbətlər kənd sakini Məcid Hacıyevin həyətindən 8 baş xırda buynuzlu heyvanlarını oğurlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb.

Araşdırmalarla onların Bakı şəhər sakini Asif Vəliyev və Quba rayon sakini Amil Əmirov olduqları müəyyən edilib.

Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, bu iki şəxs mayın 1-də həmin kənddə Əmirxan Əmirovun həyətindəki tövlədən 1 baş inəyi oğurlamaları da müəyyən edilib.

Dindirilmə zamanı A.Vəliyev və A.Əmirov törətdikləri cinayəti etiraf edərək, oğurladıqları heyvanları Sumqayıt şəhərində yerləşən mal bazarında dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.


Xəbərə aid fotolar