Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub
Digərləri 06 Fev 2026 23:23:00 56 0
Fevralın 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və "Gilan"ın dəstəyi ilə keçirilən Qəbələ "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.
Son.az-ın məlumatına görə, açılış mərasimində Leyla Əliyeva, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər, tanınmış ictimai xadimlər, Qəbələ sakinləri və qonaqlar iştirak edib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında ikinci ildir təşkil edilən Qəbələ "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu bildirib.
Fərhad Bədəlbəyli deyib: "Qış nağılı" Musiqi Festivalı artıq ikinci dəfədir ölkəmizin dilbər guşələrindən olan və füsunkar təbiəti ilə seçilən Qəbələ şəhərində keçirilir. Hələ 2009-cu ildə təməli qoyulan və gözəl ənənəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən bütün sənətsevərləri bir araya toplayıb. Bu gün Qəbələ sanki bütün sehrli qapılarını bizim üçün açıb. Çox gözəl hava var, biz qarı gözləyirdik. Çünki qarsız bu festival alına bilməzdi".
Festivalın bədii rəhbəri göstərilən kömək və dəstəyə görə Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə və "Gilan"a dərin təşəkkürünü bildirib.
Rəsmi hissədən sonra musiqisevərlərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin iştirakı ilə "Viva Opera" adlı konsert proqramı təqdim olunub.
Təravətləndirici sitrus aroması ilə seçilən bu peçenye, vaxtı az olanla
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonunda yerl�
Biləsuvar şəhərinin bəzi ərazilərinin elektrik enerjisi verlişində fasi
Əlilliyi olan şəxslər və şəhid ailələri dövlətin sosial siyasətində
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "İdrak" liseyində silah
Aparıcı İlqar Mikayıloğlunun hansı səbəbdən əməliyyat olunduğu məlu
Amerikalı maliyyəçi Ceffri Epşteyn ABŞ Prezidenti Donald Trampın əmri il�
Masallı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Fevralın 6-da Bakının Nizami rayonunda yerləşən 10 nömrəli tam orta ümu
Müasir həyatın tempi bizi çox vaxt daxili səsimizdən belə uzaqlaşdırır
Fransada keçirilən "My Million" lotereyasında 1 milyon avro qazanan
Azərbaycanda yerli daşıyıcılar üçün sürücü hazırlığı üzrə təhs
Xəbər verdiyimiz kimi, fevralın 6-da Prezident İlham Əliyevin sərəncamı
Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İ
Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
