8ci sinif şagirdi məktəbdə yıxılaraq kəlləbeyin travması aldı Rəsmi
Digərləri 06 Fev 2026 20:40:00 62 0
Fevralın 6-da Bakının Nizami rayonunda yerləşən 10 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi məktəbdə yıxılıb.
Hadisə ilə bağlı Son.az-ın sorğusuna cavab olaraq 10 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, 8-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) fevralın 6-da məktəbin fövqəladə hallar zamanı çıxış üçün nəzərdə tutulan qapısının üzərinə dırmaşmaq istəyərkən yıxılıb.
Qeyd edilir ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb:
"Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Hazırda şagirdin vəziyyətinin normal olduğu bildirilir.
Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara da məlumat verilib.
Məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl olunmasının zəruriliyi bir daha diqqətə çatdırılıb".
Klinik Tibbi Mərkəzdən isə Trend-in sorğusuna cavab olaraq qeyd edilib ki, bu gün saat 16:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir". Son.az
Müasir həyatın tempi bizi çox vaxt daxili səsimizdən belə uzaqlaşdırır
Fransada keçirilən "My Million" lotereyasında 1 milyon avro qazanan
Xəbər verdiyimiz kimi, fevralın 6-da Prezident İlham Əliyevin sərəncamı
Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İ
Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Bir çox insan yatarkən otağın qaranlıq olduğunu düşünsə də, əslində
Media nümayəndələri tərəfindən şagirdlərdən müsahibə götürülməsi
"Nazilə Səfərli oğlumun atasına da toxunub. Arada söhbət aparıb-gə
Paytaxtın əsas nəqliyyat arteriyalarından biri olan kənar dairəvi yolda
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri ölüb.
Mənzil sahibi olmaq hər kəsin arzusudur. Ölkəmizdə mənzil əldə etmək
Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvv
6 fevral 2026-cı il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikas
"Veliaht" serialında növbəti dəfə musiqimizə yer verilib.
Lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının
