Azərbaycan və Pakistan HDQləri arasında əməkdaşlıq genişləndirilir


Digərləri 06 Fev 2026 18:23:00 77 0

Azərbaycan və Pakistan HDQləri arasında əməkdaşlıq genişləndirilir

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin HDQ komandanı admiral Navid Əşrəf ilə görüşüb.

Son.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Protokola uyğun olaraq rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib, şəhidlər abidəsinin önünə əklil qoyulub.

Görüşdə komandanlar hər iki ölkənin HDQ-ləri arasındakı əlaqələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin təcrübə mübadiləsi və hərbi dənizçilərin peşəkarlığının artırılması məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Sonra Pakistan İslam Respublikasının Federal müdafiə naziri cənab Asif Muhammed Xavaca ilə görüşən kontr-admiral Ş.Məmmədov qəbula görə təşəkkürünü bildirib. Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Azərbaycanla Pakistan arasında hərbi sahədə əlaqələrin vacibliyi qeyd olunan görüşdə qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyinə dair əminlik ifadə edilib.

Rusiya səfiri XİNə çağırıldı: nota təqdim edildi like
  • 06 Fev 18:19  
Siyasət Rusiya səfiri XİNə çağırıldı: nota təqdim edildi

6 fevral 2026-cı il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikas

arrow Ətraflı
Türkiyənin reytinqli serialında mahnımız səsləndi like
  • 06 Fev 18:15  
Şou-biznes Türkiyənin reytinqli serialında mahnımız səsləndi

"Veliaht" serialında növbəti dəfə musiqimizə yer verilib.

arrow Ətraflı
AxarBaxar və İlisu milli parkları haqqında Əsasnamələr təsdiq edilib  Fərman like
  • 06 Fev 17:49  
Siyasət AxarBaxar və İlisu milli parkları haqqında Əsasnamələr təsdiq edilib Fərman

Axar-Baxar və İlisu milli parkları haqqında Əsasnamələr təsdiq edilib.

arrow Ətraflı
Azərbaycanda QHT sədri faciəli şəkildə öldü like
  • 06 Fev 17:26  
Digərləri Azərbaycanda QHT sədri faciəli şəkildə öldü

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Benzinlə bağlı yeni QƏRAR  30 gündən sonra like
  • 06 Fev 17:11  
Digərləri Benzinlə bağlı yeni QƏRAR 30 gündən sonra

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş &

arrow Ətraflı
Azərbaycanda bu idarələr ləğv edildi like
  • 06 Fev 17:06  
Digərləri Azərbaycanda bu idarələr ləğv edildi

Azərbaycanda iki idarə ləğv olunduğunu elan edib.

arrow Ətraflı
Krediti onlayn yoxsa əyani götürmək sərfəlidir? like
  • 06 Fev 16:52  
Digərləri Krediti onlayn yoxsa əyani götürmək sərfəlidir?

Banklar kredit götürmək istəyən şəxslərə 2 əsas kredit üsulu təklif

arrow Ətraflı
“Muğamat axşamı” konserti keçirilib  gənc ifaçıların yaradıcılığı like
  • 06 Fev 16:46  
Digərləri “Muğamat axşamı” konserti keçirilib gənc ifaçıların yaradıcılığı

Beynəlxalq Muğam Mərkəzində 2 fevral - Gənclər Gününə həsr olunan &qu

arrow Ətraflı
İki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir like
  • 06 Fev 16:43  
Digərləri İki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

32 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.

arrow Ətraflı