Xalq artisti Yusif Axundzadənin 80 illik yubileyi Azərbaycan Dövlət Uşaq Filarmoniyasında qeyd olunub FOTO
Digərləri 06 Fev 2026 16:58:00 230 0
Azərbaycan musiqi və hərbi orkestr xidməti, musiqi sənətinin görkəmli nümayəndəsi, general-mayor, professor, Xalq artisti Yusif Axundzadənin 80 illik yubileyi Azərbaycan Dövlət Uşaq Filarmoniyasında qeyd olunub.
Y.Axundzadə Azərbaycan hərbi orkestr xidmətinin qurucusu, orkestrlərin formalaşmasında və inkişafında müstəsna xidmətləri olan görkəmli sənətkardır. Onun zəngin yaradıcılığı, yüksək musiqi mədəniyyəti və illər boyu yetişdirdiyi gənc musiqiçilər milli musiqi xəzinəmizin ayrılmaz hissəsinə çevrilmişdir. Onun çoxillik səmərəli fəaliyyəti dövlətimizin tərəfindən daim yüksək qiymətləndirilmiş.
Konsertdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri orkestri Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət proqramla çıxış edib. Orkestrin rəisi və hərbi dirijoru - mayor Marif Səlimovdur. Proqramda səslənən Ü.Hacıbəylinin "Koroğlu" operasından Uvertura, F.Əmirovun "Gözün aydın" musiqili komediyasından rəqs, "Min bir gecə" baletindən Mərcanın rəqsi, Tofiq Quliyev "Qaytağı", J.Bizenin "Karmen" operasından uvertura, C.Verdinin "Aida" operasından marş, J.Ştrausun məhşur "Radetski marş" əsərləri orekstrin ifasında böyük təntənə və yüksək peşəkarlıqla ifa olundur. Proqramın sonuncu nömrəsi isə M.Maqomayevin "Odlar Yurdu Azərbaycan" əsəri Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktor müavini Muradzadə Leylanın dirijorluğu ilə Dövlət Uşaq Filarmoniyasının birləşmiş xorunun ifasında səsləndi. Xorun bədii rəhbərləri Muradzadə Leyla və Mehdizadə Ayseldir.
Konsertin sonunda general-mayor, professor, Xalq artisti Yusif Axundzadəni 80 illik yubileyi münasibəti ilə Muradzadə Leyla Dövlət Uşaq Filarmoniyası adından təbrik edib. Onun yaradıcılığından söz açıb və yaradıcılığının olduqca əhəmiyyətli olduğunu vurğulayıb. Həmçinin bu konsertin ərsəyə gəlməsində göstərdiyi böyük zəhmət, təşkilati işlərə və məsuliyyətli yanaşmasına görə okrestrin baş təlimatçı-musiqiçisi və Dövlət Uşaq Filarmoniyasının nəfəsli alətlər ansamblının bədii rəhbəri Mehdizadə Sərvana Dövlət Uşaq Filarmoniyasının rəhbərliyi adından təşəkkür bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Banklar kredit götürmək istəyən şəxslərə 2 əsas kredit üsulu təklif
Beynəlxalq Muğam Mərkəzində 2 fevral - Gənclər Gününə həsr olunan &qu
"Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində b
32 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir.
06.02.2026-ci il tarixində Binəqədi rayonu "İdrak" liseyindən tə
Qazaxıstanın Kulsary şəhərində məktəbli balta ilə sinif yoldaşların�
Türkiyənin məşhur "Yeşilçam" filminin aktrisalarından Nevin Efe
Müğənni Əlikram Bayramov "Günə Uğurla" verilişinin canlı efir
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə fevralı
Xəbər verdiyimiz kimi, bu gün Bakıda yerləşən "İdrak" liseyin
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İslamabadda məsciddə baş verən
"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi "Xalqın mə
Müğənni Ülviyyə Namazova "Evli bir insan sevirəm" adlı mahnıs�
Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasit�
