6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub


Digərləri 05 Fev 2026 15:16:00 77 0

6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub

Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunda 6 yaşlı uşaq naməlum şəraitdə bıçaqlanıb.

Son.az xəbər verir ki, Manset.az bıçaqlanan birinci sinif şagirdinin təhsil aldığı Ağcabədi rayonu Aşağı Avşar kənd məktəbinin direktoru Elşən Quliyevlə əlaqə saxlayıb. O, bildirib ki, məktəbli hazırda xəstəxanadadır:

"Vallah, bütün rayon məəttəl qalıb. 6 yaşlı uşaq kimə nə edə bilər ki? Kimlə ədavəti ola bilər? Axşam saatlarında, 2019-cu il təvəllüdlü uşağı evlərinin yanında - oynadıqları yerdə bıçaqlayıblar. Bıçaqlayan şəxs barədə məlumatım yoxdur, bu barədə hüquq - mühafizə orqanları araşdırma aparır. Uşaq bıçaqlanan vaxtı digər qardaşı da yanında olub. Özüm də uşağın yanına getmişdim. Ağır əməliyyat keçirib, 19 bıçaq zərbəsi vurulub. Hazırda xəstəxanada reanimasiyadadır." 

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Son.az-a bildirilib ki, fevralın 4-də saat 18:00-da 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş və deşilmiş yaraları diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Məlumatda bildirilib ki, pasiyent dərhal əməliyyat blokuna alınıb:

"Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

Xatırladaq ki, ötən gün Ağcabədi rayonunda azyaşlı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib. 

"Vəlizar" haradanharaya: İllər ərzində belə DƏYİŞDİ like
  • 05 Fev 15:15  
Digərləri "Vəlizar" haradanharaya: İllər ərzində belə DƏYİŞDİ

Xəbər verdiyimiz kimi, Tiktoker Vəlizar kimi tanınan Məmmədov Salman həbs

arrow Ətraflı
Taylandda müvəqqəti alkoqol satmaq qadağan olunacaq like
  • 05 Fev 15:07  
Dünya Taylandda müvəqqəti alkoqol satmaq qadağan olunacaq

Taylandda erkən parlament seçkiləri ilə bağlı ölkə üzrə müvəqqəti a

arrow Ətraflı
Mühəndis xanım icra başçısına müavin təyin edildi like
  • 05 Fev 14:58  
Digərləri Mühəndis xanım icra başçısına müavin təyin edildi

Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov

arrow Ətraflı
Valideyn məsuliyyətsizliyi  Uşaqlar niyə radikal və kriminal təsirlərə məruz qalır? like
  • 05 Fev 14:57  
Digərləri Valideyn məsuliyyətsizliyi Uşaqlar niyə radikal və kriminal təsirlərə məruz qalır?

Məktəb təkcə bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşd

arrow Ətraflı
İpoteka və kirayə mənzil istəyənlər DİQQƏT: Müraciət forması yeniləndi like
  • 05 Fev 14:45  
Digərləri İpoteka və kirayə mənzil istəyənlər DİQQƏT: Müraciət forması yeniləndi

SİMA yeni nəsil rəqəmsal imzanın "Elektron ipoteka və kredit zəmanə

arrow Ətraflı
Yol qırağından nəsə alanda 2 dəfə düşünün  Hinduşka adı ilə toyuq satırlar like
  • 05 Fev 14:32  
Digərləri Yol qırağından nəsə alanda 2 dəfə düşünün Hinduşka adı ilə toyuq satırlar

"Yol kənarında satılan, xüsusilə də saatlarla açıq havada qalan qid

arrow Ətraflı
Beynəlxalq axtarışda olan azərbaycanlı Türkiyədə ələ keçdi like
  • 05 Fev 14:24  
Kriminal Beynəlxalq axtarışda olan azərbaycanlı Türkiyədə ələ keçdi

Türkiyənin Iğdır vilayətində beynəlxalq axtarışda olan Azərbaycan vət

arrow Ətraflı
"İdeal" MTK qanunsuzluqla idarə olunur?  Get "Azərişıq" sənin işığını qoşsun  like
  • 05 Fev 14:20  
Digərləri "İdeal" MTK qanunsuzluqla idarə olunur? Get "Azərişıq" sənin işığını qoşsun

Abbasqulu Abbaszadə küçəsi 51 ünvanındakı çoxmərtəbəli binanın sakin

arrow Ətraflı
Valideynlər üçün yaxşı xəbər  “WhatsApp”dan yenilik like
  • 05 Fev 14:12  
Digərləri Valideynlər üçün yaxşı xəbər “WhatsApp”dan yenilik

"WhatsApp" valideynlər üçün uşaqların informasiya təhlükəsizl

arrow Ətraflı
ABŞdə silahlı insident: polis helikopteri yerə çırpıldı like
  • 05 Fev 14:07  
Dünya ABŞdə silahlı insident: polis helikopteri yerə çırpıldı

ABŞ-ın Arizona ştatının Flaqstaff şəhərində hüquq-mühafizə orqanlar�

arrow Ətraflı
Saniyəlik fərqlə ölümdən döndü like
  • 05 Fev 13:57  
Dünya Saniyəlik fərqlə ölümdən döndü

Qazaxıstan mətbuatı çoxmərtəbəli binanın girişində baş verən diqqət

arrow Ətraflı