"İdeal" MTK qanunsuzluqla idarə olunur? Get "Azərişıq" sənin işığını qoşsun


Digərləri 05 Fev 2026 14:20:00 51 0

"İdeal" MTK qanunsuzluqla idarə olunur?  Get "Azərişıq" sənin işığını qoşsun

Abbasqulu Abbaszadə küçəsi 51 ünvanındakı çoxmərtəbəli binanın sakinləri "İdeal" MTK-nın idarəçiliyindən cana doyub. Təxminən 500 ailənin məskunlaşdığı 18 mərtəbəli binada vəziyyət kritik həddə çatıb. Sakinlər həm xidmətsizlikdən, həm də komendantın özbaşına tətbiq etdiyi "qaydalardan" narazıdırlar.

"Biz Abbasqulu Abbaszadə küçəsi 51 ünvanında yerləşən binanın sakinləriyik. Hazırda binamızda çox ciddi və sistemli problemlər mövcuddur. Binanın həyətində xaotik vəziyyət yaranıb, yağış yağan kimi su basır, normal hərəkət etmək mümkün olmur. Bu problemlərlə bağlı dəfələrlə komendanta müraciət etmişik, lakin hər dəfə iddialarımız inkar olunur, sakinlərin guya "şər atdığı" deyilir." Azərişıq" ASC-nin nümayəndələri də "İdeal" MTK-nı qanunsuz addımına görə ötən il cərimələyib. Lakin mənim ödədiyim 530 manatı heç kəs qaytarmadı".

Son.az xəbər verir ki, bunu "İdeal" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının sakini Arzu Qulamov Demokrat.az-a açıqlamasında deyib.

O bildirib ki, "İdeal MTK"nın icraçı direktoru və binanın komendantı Sahib Rüstəmovdur:

Sahib Rüstəmov

"O, bina sakinlərindən aylıq ödənişlər yığır, lakin bu ödənişlər heç bir rəsmi müqaviləyə əsaslanmır. Heç bir sakinlə müqavilə bağlanmayıb və yığılan vəsaitlə bağlı hər hansı hesabat təqdim edilmir. Yığılan pullar qanunsuzdur. Bu məsələ ilə bağlı dəfələrlə polisə, hətta prokurorluğa qədər şikayət etmişəm. Səbəb isə komendantın açıq-aşkar qanunsuz fəaliyyət göstərməsidir. Əvvəllər aylıq ödəniş 20 manat idi. Heç bir ümumi iclas keçirilmədən və sakinlərlə məsləhətləşmədən bu məbləğ 30 manata qaldırılıb. Bundan əlavə, binanın həyətindəki park yerləri qanunsuz şəkildə komendantın adamları tərəfindən nəzarətə götürülüb. Park yerləri həm bina sakinlərinə, həm də kənar şəxslərə aylıq 80 manat qarşılığında satılır. Öz bina sakinlərindən isə 50-60 manat tələb olunur. Nəticədə sakinlər işdən qayıdarkən avtomobillərini saxlamağa yer tapa bilmirlər. Bu hallarla bağlı 41-ci Polis Bölməsinə və prokurorluğa dəfələrlə müraciət etmişəm. Bildiyimə görə, komendant xuliqanlıqla bağlı cərimə də edilib".

Sakin deyib ki, bina 18 mərtəbədən və 9 blokdan ibarətdir, təxminən 500 ailə burada yaşayır:

"Məlumata görə, binanı iş adamı Şamil Heydərov tikdirib və binaya komendat da Sahib Rüstəmovu o təyin edib. Bu yaxınlarda binamızın sakini Aydın İsmayıl Şamil Heydərovun köməkçisi ilə görüşüb və bildirilir ki, Şamil müəllimin bu məsələlərdən xəbəri var. Hətta, onların özlərinin də komendantı işdən çıxarmaq niyyətində olduqları deyilir. Buna baxmayaraq, komendant özünü çox arxayın aparır və sakinlərə açıq şəkildə bildirir ki, kimə xoş deyilsə, mənzilini götürüb getsin. Bu, açıq-aşkar özbaşınalıq və dərəbəylikdir. Hazırda bina sakinləri olaraq qrup yaratmışıq və MMC yaratmaq üçün imza toplayırıq. Artıq 80-dən çox imza toplamışıq. Lakin komendant bu prosesə açıq şəkildə mane olur. Sakinlərin əksəriyyəti narazıdır, lakin nədənsə bir çoxu susmağa üstünlük verir".

Problemlər bununla bitmir. Mənzillərin sahəsində də ciddi uyğunsuzluqlar üzə çıxıb. Alqı-satqı sənədlərində göstərilən kvadratlarla çıxarışdakı rəqəmlər arasında 10-15 kvadratmetr fərq var. Sakinlər vaxtilə qaz və işıq sayğacları üçün də külli miqdarda pul ödədiklərini, lakin buna baxmayaraq hələ də müxtəlif cərimələrlə üzləşdiklərini deyirlər.

Son.az   

Valideynlər üçün yaxşı xəbər  “WhatsApp”dan yenilik like
  • 05 Fev 14:12  
Digərləri Valideynlər üçün yaxşı xəbər “WhatsApp”dan yenilik

"WhatsApp" valideynlər üçün uşaqların informasiya təhlükəsizl

arrow Ətraflı
ABŞdə silahlı insident: polis helikopteri yerə çırpıldı like
  • 05 Fev 14:07  
Dünya ABŞdə silahlı insident: polis helikopteri yerə çırpıldı

ABŞ-ın Arizona ştatının Flaqstaff şəhərində hüquq-mühafizə orqanlar�

arrow Ətraflı
Saniyəlik fərqlə ölümdən döndü like
  • 05 Fev 13:57  
Dünya Saniyəlik fərqlə ölümdən döndü

Qazaxıstan mətbuatı çoxmərtəbəli binanın girişində baş verən diqqət

arrow Ətraflı
Masazırda valideynlər uşaqları məktəbə göndərməkdən çəkinirlər  SƏBƏB like
  • 05 Fev 13:36  
Digərləri Masazırda valideynlər uşaqları məktəbə göndərməkdən çəkinirlər SƏBƏB

Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məkt�

arrow Ətraflı
Bako Sahakyan da 20 il müddətinə azadlıqdan məhrum edildi like
  • 05 Fev 13:35  
Kriminal Bako Sahakyan da 20 il müddətinə azadlıqdan məhrum edildi

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən

arrow Ətraflı
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib like
  • 05 Fev 13:31  
Digərləri Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən

arrow Ətraflı
Aytac Qasımova: ‘LEGIS’ ilə Azərbaycan hüquq icmasına yeni nəfəs veririk like
  • 05 Fev 13:27  
Digərləri Aytac Qasımova: ‘LEGIS’ ilə Azərbaycan hüquq icmasına yeni nəfəs veririk

2025-ci ilin ölkəmizdə hüquq, ədalət və suverenlik ili kimi qeyd olunmas�

arrow Ətraflı
David Babayan ömürlük azadlıqdan məhrum edilib like
  • 05 Fev 13:18  
Digərləri David Babayan ömürlük azadlıqdan məhrum edilib

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən

arrow Ətraflı
"Epşteyn sənədləri"ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI like
  • 05 Fev 13:17  
Digərləri "Epşteyn sənədləri"ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI

Cefri Epşteyn işi üzrə ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan s�

arrow Ətraflı
Rusiyada yanacaqdoldurma məntəqəsində güclü partlayış like
  • 05 Fev 13:16  
Digərləri Rusiyada yanacaqdoldurma məntəqəsində güclü partlayış

Rusiyanın Xantı-Mansi muxtar dairəsində yanacaqdoldurma məntəqəsində gü

arrow Ətraflı
Davit İşxanyan ömürlük azadlıqdan məhrum edilib like
  • 05 Fev 13:14  
Digərləri Davit İşxanyan ömürlük azadlıqdan məhrum edilib

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən

arrow Ətraflı
Bakıda 400 minlik toylar keçirilən restoran borca düşdü like
  • 05 Fev 13:11  
Digərləri Bakıda 400 minlik toylar keçirilən restoran borca düşdü

Bakıda ən bahalı şadlıq saraylarından biri olan "Böyük Saray"

arrow Ətraflı
Şəmkirdə tülkü evə girdi like
  • 05 Fev 13:04  
Digərləri Şəmkirdə tülkü evə girdi

Şəmkirdə tülkü yaşayış evinə daxil olub.

arrow Ətraflı