Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayan 19 il müddətinə azadlıqdan məhrum olundu


Digərləri 05 Fev 2026 14:15:00 80 0

Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayan 19 il müddətinə azadlıqdan məhrum olundu

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Son.az xəbər verir ki, qeyd edilib ki, təqsirləndirilən Madat Babayanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.

Hökmə əsasən təqsirləndirilən M.Babayan qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxs M.Babayanın 20 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Qeyd edək ki, məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirakını etiraf etmişdi.

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.

Valideynlər üçün yaxşı xəbər  “WhatsApp”dan yenilik like
  • 05 Fev 14:12  
Digərləri Valideynlər üçün yaxşı xəbər “WhatsApp”dan yenilik

"WhatsApp" valideynlər üçün uşaqların informasiya təhlükəsizl

arrow Ətraflı
ABŞdə silahlı insident: polis helikopteri yerə çırpıldı like
  • 05 Fev 14:07  
Dünya ABŞdə silahlı insident: polis helikopteri yerə çırpıldı

ABŞ-ın Arizona ştatının Flaqstaff şəhərində hüquq-mühafizə orqanlar�

arrow Ətraflı
Saniyəlik fərqlə ölümdən döndü like
  • 05 Fev 13:57  
Dünya Saniyəlik fərqlə ölümdən döndü

Qazaxıstan mətbuatı çoxmərtəbəli binanın girişində baş verən diqqət

arrow Ətraflı
Masazırda valideynlər uşaqları məktəbə göndərməkdən çəkinirlər  SƏBƏB like
  • 05 Fev 13:36  
Digərləri Masazırda valideynlər uşaqları məktəbə göndərməkdən çəkinirlər SƏBƏB

Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məkt�

arrow Ətraflı
Bako Sahakyan da 20 il müddətinə azadlıqdan məhrum edildi like
  • 05 Fev 13:35  
Kriminal Bako Sahakyan da 20 il müddətinə azadlıqdan məhrum edildi

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən

arrow Ətraflı
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib like
  • 05 Fev 13:31  
Digərləri Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən

arrow Ətraflı
Aytac Qasımova: ‘LEGIS’ ilə Azərbaycan hüquq icmasına yeni nəfəs veririk like
  • 05 Fev 13:27  
Digərləri Aytac Qasımova: ‘LEGIS’ ilə Azərbaycan hüquq icmasına yeni nəfəs veririk

2025-ci ilin ölkəmizdə hüquq, ədalət və suverenlik ili kimi qeyd olunmas�

arrow Ətraflı
David Babayan ömürlük azadlıqdan məhrum edilib like
  • 05 Fev 13:18  
Digərləri David Babayan ömürlük azadlıqdan məhrum edilib

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən

arrow Ətraflı
"Epşteyn sənədləri"ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI like
  • 05 Fev 13:17  
Digərləri "Epşteyn sənədləri"ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI

Cefri Epşteyn işi üzrə ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan s�

arrow Ətraflı
Rusiyada yanacaqdoldurma məntəqəsində güclü partlayış like
  • 05 Fev 13:16  
Digərləri Rusiyada yanacaqdoldurma məntəqəsində güclü partlayış

Rusiyanın Xantı-Mansi muxtar dairəsində yanacaqdoldurma məntəqəsində gü

arrow Ətraflı
Davit İşxanyan ömürlük azadlıqdan məhrum edilib like
  • 05 Fev 13:14  
Digərləri Davit İşxanyan ömürlük azadlıqdan məhrum edilib

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən

arrow Ətraflı
Bakıda 400 minlik toylar keçirilən restoran borca düşdü like
  • 05 Fev 13:11  
Digərləri Bakıda 400 minlik toylar keçirilən restoran borca düşdü

Bakıda ən bahalı şadlıq saraylarından biri olan "Böyük Saray"

arrow Ətraflı
Şəmkirdə tülkü evə girdi like
  • 05 Fev 13:04  
Digərləri Şəmkirdə tülkü evə girdi

Şəmkirdə tülkü yaşayış evinə daxil olub.

arrow Ətraflı
Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edildi like
  • 05 Fev 12:52  
Digərləri Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edildi

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən

arrow Ətraflı