Böyükşor gölündə müşahidə olunan köpüyün səbəbi açıqlandı


Digərləri 04 Fev 2026 13:34:25 71 0

Böyükşor gölündə müşahidə olunan köpüyün səbəbi açıqlandı

Böyükşor gölündən 02.02.2026-cı il tarixində Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində Mərkəzi laboratoriya tərəfindən götürülmüş su nümunələrinin analiz nəticələrinə görə göldə yeni fekal çirklənmə, yəni kanalizasiya sularının axıdılması faktı təsdiq edilmir.

Bu barədə Son.az-a Xidmətndən məlumat verilib.

Bildirilib ki, göl suyunda ammonium ionunun qatılığının aşağı olması yeni fekal çirklənmənin olmadığına dəlalət edir.

"Göl suyunun mühit reaksiyasının qələvi olması və səthi aktiv maddələrin aşkarlanması suda daha çox yuyucu vasitələrin (detergentlər) mövcudluğunu göstərir. 

Yüksək elektrik keçiriciliyi, həll olmuş duzların və xloridlərin yüksək miqdarı küləksiz günlərdə səthi aktiv maddələrin suda qeyri aktiv formada olmasına səbəb olur. 

Küləkli hava şəraitində isə suyun mexaniki qarışması və hava ilə təmasının artması nəticəsində səthi aktiv maddələr səthdə toplanaraq köpük əmələ gətirir. Bu, sabunlu sular üçün tipik olan fiziki reaksiya ilə şərtlənən köpüklənmə effektidir, yəni ani çirklənmə hadisəsi deyil.

Məlumat üçün bildiririk ki, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan xətti üzrə inşasına başlanılmış 10.4 km-lik kollektorun,həmçinin Biləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Mehdiabad və Digah xətti üzrə 16 km-lik gətirici kollektorun və məhsuldarlığı 40 000 m3/gün olan qurğunun tikintisi və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqedilmiş Bakı şəhərində və Abşeron yarımadasında sutəchizatı, yağış və tullantı suları sistemlərinintəkmilləşdirilməsinə dair 2026-2030-cu illər üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin yerinəyetirilməsi təmin ediləcəkdir ki, nəticədə ətraf ərazilərdə formalaşan tullantı sularının idarə ediləcək və Böyükşor gölünün ekoloji vəziyyəti yaxşılaşacaqdır".

Ayxan Son.az

Uşaqlara antibiotik yalnız bu hallarda verilə bilər like
  • 04 Fev 13:31  
Digərləri Uşaqlara antibiotik yalnız bu hallarda verilə bilər

Uşaqlara antibiotik yalnız həkim təyinatı ilə və bakterial infeksiya oldu

arrow Ətraflı
"Velizar"ın həbs müddəti məlum oldu like
  • 04 Fev 13:27  
Digərləri "Velizar"ın həbs müddəti məlum oldu

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiya

arrow Ətraflı
Azərbaycana 63 kq narkotik keçirən sürücü bəraət aldı like
  • 04 Fev 13:26  
Digərləri Azərbaycana 63 kq narkotik keçirən sürücü bəraət aldı

İrandan Azərbaycana 63 kiloqram 805 qram narkotik vasitə olan marixuana keçi

arrow Ətraflı
"Trampla xanımını Epşteyn tanış edib" like
  • 04 Fev 13:23  
Dünya "Trampla xanımını Epşteyn tanış edib"

ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi yeni Epşteyn sənədlərində sensasiy

arrow Ətraflı
Videosu ilə gündəm olan məmur danışdı: "Onlara "yazma" deyə bilmərəm" like
  • 04 Fev 13:17  
Digərləri Videosu ilə gündəm olan məmur danışdı: "Onlara "yazma" deyə bilmərəm"

Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı Şəhər İcra

arrow Ətraflı
Türkiyədə narkotik əməliyyatı: Daha bir məşhur saxlanıldı like
  • 04 Fev 13:09  
Digərləri Türkiyədə narkotik əməliyyatı: Daha bir məşhur saxlanıldı

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik və fahişəlik is

arrow Ətraflı
Bu ölkədə zəlzələ oldu like
  • 04 Fev 13:06  
Dünya Bu ölkədə zəlzələ oldu

Papua Yeni Qvineyanın şimal-şərqindəki dağlarda 5,2 bal gücündə zəlzə

arrow Ətraflı
Bakıda dördotaqlı ev yandı like
  • 04 Fev 13:02  
Digərləri Bakıda dördotaqlı ev yandı

Binəqədidə dördotaqlı ev yanıb.

arrow Ətraflı
Paytaxtda məşhur restoranda dönərin içindən çıxan şüşə vətəndaşın dilini kəsdi like
  • 04 Fev 12:58  
Digərləri Paytaxtda məşhur restoranda dönərin içindən çıxan şüşə vətəndaşın dilini kəsdi

Paytaxtda dönərxanaların birində xoşagəlməz hadisə baş verib. Vətənda

arrow Ətraflı
Yasamalda külək binan fasadını qopardı like
  • 04 Fev 12:47  
Digərləri Yasamalda külək binan fasadını qopardı

Yasamal rayonu, MİDA-2 Yaşayış Kompleksində yerləşən binanın fasadı

arrow Ətraflı
Bakıya qar yağacaq, yolları buz bağlayacaq  PROQNOZ like
  • 04 Fev 12:40  
Digərləri Bakıya qar yağacaq, yolları buz bağlayacaq PROQNOZ

Azərbaycanda fevralın 5-də qar yağacağı, yolların buz bağlayacağı göz

arrow Ətraflı
Əməkdar artist Polad Həşimovun qohumu imiş like
  • 04 Fev 12:30  
Şou-biznes Əməkdar artist Polad Həşimovun qohumu imiş

Əməkdar artist Babək Niftəliyev açıqlmasaı ilə diqqət çəkib.

arrow Ətraflı
Bağırov tunelində geriyə hərəkət edən TIRın səbəb olduğu qəza like
  • 04 Fev 12:22  
Digərləri Bağırov tunelində geriyə hərəkət edən TIRın səbəb olduğu qəza

Ötən gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospekti "Koro�

arrow Ətraflı
Xaricdən məhsul sifariş edənlərə XƏBƏRDARLIQ: Qaydalar dəyişir like
  • 04 Fev 12:20  
Digərləri Xaricdən məhsul sifariş edənlərə XƏBƏRDARLIQ: Qaydalar dəyişir

2026-cı il iyunun 1-dən etibarən elektron ticarət bəyannamələrinin identi

arrow Ətraflı