Videosu ilə gündəm olan məmur danışdı: "Onlara "yazma" deyə bilmərəm"
Digərləri 04 Fev 2026 13:17:00 67 0
Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı Şəhər İcra Hakimiyyətinin əməkdaşının davranışı sosial şəbəkələrdə qınanılmışdır. Bu hərəkətlə diqqət mərkəzinə düşən Samir Bədəlovun ötən gün vəzifəsinin dəyişdirilməsi ilə bağlı məlumat yayılıb.
Son.az xəbər verir ki, Manset.az məsələ ilə bağlı Samir Bədəlovla əlaqə saxlayıb. O, sosial şəbəkələrdə ünvanına səslənən tənqidlərdən, etdiyi davranışdan və vəzifəsi ilə bağlı yayılan məlumatlardan danışıb.
Məlum videodan sonra yeni vəzifəyə təyin olunduğunuz deyilir. Bu doğrudur?
- Xeyr, heç bir vəzifəyə təyin olunmamışam. Bilmirəm, bu məlumatları haradan çıxardırlar?
Reyddə çəkilən videonuz gündəm oldu. Sizi niyə tənqid edirlər?
- Nə bilim, vallah. Sosial şəbəkədir də. Hər kəsin bir fikri var, nə deyim?
Belə məlumat yayılıb ki, həmin görüntülərdən sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sizi danlayıb, töhmət verib. Bu nə dərəcədə həqiqətə uyğundur?
- Yox. O məlumatları kim deyib bilmirəm. Hər yazılan həqiqət ola bilərmi? Ümumiyyətlə, sosial şəbəkələrdə nə yazırlarsa, yazsınlar. Allah canlarını sağ eləsin. Mən onlara "yazma" deyə bilmərəm.
Bu hadisədən sonra əksəriyyət sizin haqqınızda neqativ fikirdədir. Harasa gedəndə, görüşlərdə, ictimaiyyət arasında sizə qarşı münasibət necədir?
- Hər kəs məni normal qarşılayır. Niyə neqativ tanınım ki? Mən nə etdim ki, neqativ də tanınam?
Meyvələri dükana deyil, avtomobilə yığmağınız birmənalı qarşılanmadı. Bəlkə də insanları qıcıqlandıran bu idi? Sizcə, bu addım insanların sizin haqqınızda neqativ düşünməsinə səbəb deyil?
- Vətəndaşa nə qədər xəbərdarlıq etmək olar? İnsana nə qədər demək olar ki, sənin obyektin var, get onun içində sat. Sonda da belə hal yaşandı.
Maraqlıdır, siz bu reydləri özünüz istədiyiniz yerdə edirsiniz, yoxsa bütünü şəhəri əhatə edir?
- Xeyr. Sumqayıt şəhərindən söhbət gedir. Mən orada bir-iki yeri təmizləmirəm. Təmizlik bir nəfərdən asılı deyil ki, mən təkbaşına rahat təmizləyim. Küçələrdən söhbət gedir. Ona görə də sosial şəbəkə istifadəçiləri və insanlar məni qınamasın.
Son.az
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik və fahişəlik is
Paytaxtda dönərxanaların birində xoşagəlməz hadisə baş verib. Vətənda
Yasamal rayonu, MİDA-2 Yaşayış Kompleksində yerləşən binanın fasadı
Azərbaycanda fevralın 5-də qar yağacağı, yolların buz bağlayacağı göz
Azərbaycan və Ermənistan ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı
Əməkdar artist Babək Niftəliyev açıqlmasaı ilə diqqət çəkib.
Ötən gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospekti "Koro�
2026-cı il iyunun 1-dən etibarən elektron ticarət bəyannamələrinin identi
Canlı yayım zamanı aparıcı İsa Şükürov ilə rəqqasə Rena Ağamuradov
Biznesmen İlon Mask tarixdə sərvəti 800 milyard dolları ötən ilk insan ol
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatın�
Ötən il valyuta bazarında təklif tələbi üstələyib. Belə ki, orta hesab
