Bakıya qar yağacaq, yolları buz bağlayacaq PROQNOZ
Digərləri 04 Fev 2026 12:40:00 63 0
Azərbaycanda fevralın 5-də qar yağacağı, yolların buz bağlayacağı gözlənilir.
Bu xəbəri də oxu: İtkin düşən gənc tələbə tapıldı
Son.azxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 4-dən 5-nə keçən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Gecə və səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-13, gündüz 0-3 dərəcə şaxta olacaq.
Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Son.az
Azərbaycan və Ermənistan ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı
Əməkdar artist Babək Niftəliyev açıqlmasaı ilə diqqət çəkib.
Ötən gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospekti "Koro�
2026-cı il iyunun 1-dən etibarən elektron ticarət bəyannamələrinin identi
Canlı yayım zamanı aparıcı İsa Şükürov ilə rəqqasə Rena Ağamuradov
Biznesmen İlon Mask tarixdə sərvəti 800 milyard dolları ötən ilk insan ol
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatın�
Ötən il valyuta bazarında təklif tələbi üstələyib. Belə ki, orta hesab
Dövlət Sərhəd Xidmətində (DSX) daha bir generala yüksək vəzifə verilib
Gözləntimiz odur ki, kredit faizləri düşməlidir.
Pentaqon yüz minlərlə zərbə tipli pilotsuz uçuş aparatı ehtiyatı yaratm
Şəhərdə hər addımbaşı rast gəldiyimiz parklanma nöqtələri əlavə pr
Canlı yayımda "Miss Azərbaycan" Səmra Hüseynova üçün gözləni
Çinlilər qızıl əldə etmək məqsədilə köhnə SIM-kartları kütləvi ş
