"Bu sözləri savadlı da, savadsız da hər gün işlədir"
Digərləri 30 Yan 2026 14:16:00 71 0
"Bizim insanlar əlvida sözü ilə xudahafiz sözünü bir-birindən ayıra bilmir. Niyə? Ona görə ki, bu sözlərin etimologiyasını biz bilmirik".
Bu xəbəri də oxu: Xəmir çox mayalanarsa nə olar?
Son.az xəbər verir ki, bunu akademik Nizami Cəfərov deyib.
Onun sözlərinə görə, Azərbaycan dilinə çoxlu ərəb və fars mənşəli sözlər keçib və bu da sözlərin kök mənasının hiss olunmasını çətinləşdirir:
"Ərəb dili üçün əlvida o deməkdir ki, bir də görüş olmayacaq. Xudahafiz isə hələlik ayrılmaq, tezliklə yenidən görüşmək mənasını verir. Amma bunu yalnız dilçilər və mütəxəssislər bilir. Əgər bu sözlər türk mənşəli olsaydı, mənası insanlara daha aydın olardı".
Onun sözlərinə görə, bu cür sözlər sadəcə ünsiyyət vasitəsi deyil, həm də mədəniyyət göstəricisidir:
"Bu sözləri savadlı da, savadsız da hər gün işlədir. Amma görürük ki, dilin bu mədəniyyət göstəricisi olan elementlərini kütləvi şəkildə anlamaqdan və mənimsəməkdən uzağıq. Belə çıxır ki, biz dili yalnız məktəbdə öyrənirik".
Bildirib ki, Azərbaycan dili insan dili adlanan ümumbəşəri fenomenin bir hissəsi kimi təqdim edilməli və bu istiqamətdə yeni konsepsiyalar üzərində düşünmək lazımdır.
Mina Mikayılova Son.az
Tanınmış bloqer Hüseyn Həsənov sosial media hesabında etdiyi yeni paylaş
Azərbaycan yazıçısı beynəlxalq ədəbi mühitə qoşula biləcək.
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat k
"Bizim insanlar əlvida sözü ilə xudahafiz sözünü bir-birindən ayır
Bakıxanov qəsəbəsində sahibsiz itlər ana və iki azyaşlı uşağa hücum
"Yazıçı öz kitabını küçədə sata bilməz, yazıçı kitabını mey
ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya prezidenti Vladimir Putindən m
Argentina hökuməti meşə yanğınları səbəbindən La-Pampa əyalətində v
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
Gələcəkdə xüsusi dövlət qulluğunda xidmət illəri ümumi dövlət qullu
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəy
Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmə
Son günlər mahnı qalmaqalları ilə gündəmdə olan Xalq artisti Niyaməddin
İran hökumətinə məxsus təyyarə Rusiyanın Moskva şəhərində yerləşə
