Bizim insanlar əlvida sözü ilə xudahafiz sözünü birbirindən ayıra bilmir
Digərləri 30 Yan 2026 13:31:00 58 0
"Bizim insanlar əlvida sözü ilə xudahafiz sözünü bir-birindən ayıra bilmir. Niyə? Ona görə ki, bu sözlərin etimologiyasını biz bilmirik".
Bu xəbəri də oxu: Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ
Son.az xəbər verir ki, bunu akademik Nizami Cəfərov media nümayəndələri üçün "Azərbaycan mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyası zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan dilinə çoxlu ərəb və fars mənşəli sözlər keçib və bu da sözlərin kök mənasının hiss olunmasını çətinləşdirir:
"Ərəb dili üçün əlvida o deməkdir ki, bir də görüş olmayacaq. Xudahafiz isə hələlik ayrılmaq, tezliklə yenidən görüşmək mənasını verir. Amma bunu yalnız dilçilər və mütəxəssislər bilir. Əgər bu sözlər türk mənşəli olsaydı, mənası insanlara daha aydın olardı".
Onun sözlərinə görə, bu cür sözlər sadəcə ünsiyyət vasitəsi deyil, həm də mədəniyyət göstəricisidir:
"Bu sözləri savadlı da, savadsız da hər gün işlədir. Amma görürük ki, dilin bu mədəniyyət göstəricisi olan elementlərini kütləvi şəkildə anlamaqdan və mənimsəməkdən uzağıq. Belə çıxır ki, biz dili yalnız məktəbdə öyrənirik".
Akademik bildirib ki, Azərbaycan dili insan dili adlanan ümumbəşəri fenomenin bir hissəsi kimi təqdim edilməli və bu istiqamətdə yeni konsepsiyalar üzərində düşünmək lazımdır.
Mina Mikayılova Son.az
Bakıxanov qəsəbəsində sahibsiz itlər ana və iki azyaşlı uşağa hücum
"Yazıçı öz kitabını küçədə sata bilməz, yazıçı kitabını mey
ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya prezidenti Vladimir Putindən m
Argentina hökuməti meşə yanğınları səbəbindən La-Pampa əyalətində v
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
Gələcəkdə xüsusi dövlət qulluğunda xidmət illəri ümumi dövlət qullu
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəy
Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmə
Son günlər mahnı qalmaqalları ilə gündəmdə olan Xalq artisti Niyaməddin
İran hökumətinə məxsus təyyarə Rusiyanın Moskva şəhərində yerləşə
İspaniyada hüquq-mühafizə orqanları insan alveri ilə məşğul olan cinay�
Argentina Prezidenti Xavyer Mileyinin şou proqramında səhnəyə çıxaraq mah
Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən əməkdaşı
Bakı Şəhər Baş Polis İdarəsi sürücülərə xəbərdarlıq edib.
