Tanınmış iş adamı münaqişədə olduğu şəxslərin maşınına narkotik qoydurmaq istədiyi üçün həbs olunub
Kriminal 30 Yan 2026 11:27:00 51 0
Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmək məqsədilə avtomobillərinə narkotik vasitə qoydurmaq istədiyi üçün həbs olunub.
Bu xəbəri də oxu: Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” konserti keçirilib FOTO
Son.az "Report"a istinadən xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi istintaqı zamanı məlum olub ki, Şəkidə fəaliyyət göstərən "Azəri koperasiyyası" MMC-nin direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifov onunla münaqişədə olan Sevil Səlimova və oğlu Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istəyib.
Bu səbəbdən o, tanışları - İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovu Bakı şəhərinə göndərərək Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda narkotik vasitə olan marixuana aldırıb.
Həmin şəxslər narkotik vasitəni Şəki şəhərinə gətirərək Vasif Səlimovun avtomobilinə qoymalı imişlər.
Bundan xəbərdar olan qarşı tərəfin vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməsi və Baş Prokurorluqda aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin əməlləri sübuta yetirilib.
Nəticədə Tehran Lətifov və digərləri saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin 234.4.3, 234.4.1-ci (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi), 296.2 ci-(şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddələri ilə ittiham verilib.
Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında Binəqədi rayon Məhkəməsi tərəfindən Tehran Lətifov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.
Son günlər mahnı qalmaqalları ilə gündəmdə olan Xalq artisti Niyaməddin
İran hökumətinə məxsus təyyarə Rusiyanın Moskva şəhərində yerləşə
İspaniyada hüquq-mühafizə orqanları insan alveri ilə məşğul olan cinay�
Argentina Prezidenti Xavyer Mileyinin şou proqramında səhnəyə çıxaraq mah
Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən əməkdaşı
Bakı Şəhər Baş Polis İdarəsi sürücülərə xəbərdarlıq edib.
ABŞ-da güclü şaxtalar səbəbindən həyatını itirənlərin sayı 85 nəf�
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsin
Alimlər təbiətdə mövcud olan ən kiçik, lakin ən sürətli "bioloji
Min illərdir sarsılmazlıq və sabitliyin simvolu sayılan dağlar, əslində
Dillərin çətinlik dərəcəsi adətən ana dili ingilis dili olan insanların
Dana yanağı ətin ən yumşaq və dadlı hissələrindən biri olsa da, bişir
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar açıqlanıb
Yeşilçamın tanınmış aktrisalarından biri olan Səadət Gürses sosial me
Türkiyədə Kocaelinin İzmit rayonunda yerləşən "Tüpraş" neft
