Bakıda böyük söküntü BAŞLAYIR: Tramvay xətti
Digərləri 28 Yan 2026 15:00:00 57 0
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib ki, Mehdiabad qəsəbəsindən "28 May" metro stansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.
Bu xəbəri də oxu: 71 yaşlı kişi faciəvi şəkildə öldü
Bununla bağlı nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında bildirib ki, tramvay xəttinin çəkilişi nəzərdə tutulur: "Bu xətt "Seabreeze" ərazisindən başlayaraq Mehdiabad, Məhəmmədi və Binəqədi istiqamətindən keçməklə "28 May" metro stansiyasına qədər uzanacaq. Təbii ki, bəzi ərazilərdə mövcud koridor olmadığı üçün yeni koridorun yaradılması məqsədilə müəyyən tikililərin istər fərdi yaşayış evlərinin, istərsə də obyektlərin sökülməsi planlaşdırılır. Hazırda marşrut hələ dəqiqləşdirilməyib, güzərgah seçimi aparılır. Yolun oxu elə müəyyən ediləcək ki, həm daha münasib, həm daha sərfəli, həm də daha faydalı olsun və eyni zamanda söküntülər minimuma endirilsin. Bu məsələlərin həlli istiqamətində hazırda müvafiq addımlar atılır". Bu layihə 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramının mühüm tərkib hissəsidir və Bakının nəqliyyat yükünü azaltmaq, ekoloji təmiz daşımaları təmin etmək məqsədi daşıyır. Şəhərin kənar qəsəbələrinin mərkəzlə birbaşa və sürətli relsli nəqliyyatla bağlanması paytaxtın mobillik strategiyasında inqilabi addım hesab olunur. Mehdiabad, Binəqədi və Məhəmmədi istiqamətində yaşayan sakinlər üçün bu, gələcəkdə tıxacda qalmadan şəhər mərkəzinə çatmaq imkanı deməkdir. Lakin layihənin keçəcəyi potensial yollar üzərində evi və ya obyekti olan şəxslər üçün bu, gələcəkdə köçürülmə və kompensasiya məsələlərinin gündəmə gələ biləcəyinə işarədir. Odur ki, marşrut xətti tam dəqiqləşənə qədər həmin istiqamətlərdəki mülkiyyət məsələlərinə diqqətlə yanaşmaq tövsiyə olunur.
Nərimanov Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi ilə əlaq
Dövlət Sərhəd Xidmətində yeni kadr təyinatı olub.
Türkiyədə biri İran vətəndaşı olmaqla altı nəfər İran kəşfiyyatı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğull
TikTok platformasında "Hüquq mərkəzi" adı altında səhifələr y
İmişlidə 15 yaşlı qızla cinsi əlaqədə olan gənc oğlana hökm oxuyub.
Səhiyyə Nazirliyi "Arash Estetik" klinikasında plandankənar yoxlam
Tanınmış stomatoloq Şamil Rzayev həyat yoldaşı, bloger Fidan Zeynlə ayr�
Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlə
Son dövrlərdə gənclərin xarici universitetlərə marağının artması cəm
Mətbuatın hakimiyyətin dördüncü qolu olması heç də təsadüf və ya for
"Qırmızı bülleten"lə axtarışda olan 14 nəfər xarici ölkələ
Son dövrlər kibercinayətkarlar arasında geniş yayılan üsullardan biri-ban
Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı
