Baş Prokurorluqdan əhaliyə vacib MÜRACİƏT
Digərləri 28 Yan 2026 13:06:00 81 0
Son dövrlər kibercinayətkarlar arasında geniş yayılan üsullardan biri-bank kartlarının "drop" kimi istifadəsidir. Müşahidələr onu göstərir ki, bəzi insanlar öz bank kartlarını müəyyən məbləğ qarşılığında tanımadıqları şəxslərə verirlər. Lakin bu, çox ciddi nəticələrə səbəb olur.
Bu xəbəri də oxu: Ramazan ayı bu tarixdə başlayacaq
Son.az xəbər verir ki, Baş Prokurorluq bu hallarla bağlı vətəndaşlara müraciət edib.
Prokurorluq xatırladır ki, kartını cinayət məqsədilə başqasına verən hər kəs gələcəkdə cinayət məsuliyyətinə cəlb oluna bilər. Çünki həmin kart vasitəsilə dələduzluq və ya digər qanunsuz əməliyyat aparılarsa bank kartının sahibi hüquqi baxımdan cavabdeh sayılır:
Hörmətli vətəndaşlar, bunları unutmayın:
- Kart məlumatları gizli saxlanmalıdır.
- Heç bir halda kartınızı və ya elektron bank hesabınızı başqasına verməyin.
- Tanımadığınız şəxslərin yüksək qazanc vədi ilə etdikləri tələlərə aldanmayın.
Müraciətdə qeyd edilir ki, bu cür hallara qarşı qanunvericilik daha da sərtləşdirilir və hüquq-mühafizə orqanları tərəfindən ardıcıl əməliyyatlar həyata keçirilir: "Hər birinizdən xahiş edirik özünüzü, kartınızı, maliyyə təhlükəsizliyinizi qoruyun! Şübhəli hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanları ilə və ya bankınızla əlaqə saxlayın".
Təhlükəsizlik hamımızın məsuliyyətidir!
Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı
Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Zabrat,
Prokurorlara da uşaq hüquqları sahəsində nəzarət səlahiyyəti verilir.
Gürcüstanın azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda qa
Azərbaycanda yanvarın 29-da havanın arabir yağıntılı olacağı gözlənil
Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın ad günü tədbirində j
Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu, universi
Nyurba rayonunda 28 yanvardan etibarən üç günlük matəm elan olunub.
AZCON Holding şirkətlərindən olan ASCO-nun "Zığ" Gəmi Təmiri v
Hindistanda Mumbaydan havaya qalxan təyyarə eniş etməyə çalışarkən qəz
İnsan beynində xarici informasiyadan qoruyan daxili mexanizmlər yoxdur ki, bu
Rusiya Uzaq Şərq Federal Universitetinin (FEFU) professoru səkkiz qram kannab
