Cəbrayıl rayonunun Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub


Digərləri 28 Yan 2026 13:45:00 52 0

Cəbrayıl rayonunun Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub

Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Son.az xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 20 ailə olmaqla, 77 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

13:45 xxx

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Son.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 20 ailə - 77 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


Xəbərə aid fotolar

Ermənistan onu Türkiyəyə təhvil verdi like
  • 28 Yan 13:13  
Dünya Ermənistan onu Türkiyəyə təhvil verdi

"Qırmızı bülleten"lə axtarışda olan 14 nəfər xarici ölkələ

arrow Ətraflı
Baş Prokurorluqdan əhaliyə vacib MÜRACİƏT like
  • 28 Yan 13:06  
Digərləri Baş Prokurorluqdan əhaliyə vacib MÜRACİƏT

Son dövrlər kibercinayətkarlar arasında geniş yayılan üsullardan biri-ban

arrow Ətraflı
ABŞdə ölənlərin sayı artdı like
  • 28 Yan 12:58  
Dünya ABŞdə ölənlərin sayı artdı

ABŞ-də güclü qar çovğunu ilə əlaqəli səbəblərdən həyatını itirə

arrow Ətraflı
Həmin yol tam bağlanır  Təmir olunacaq like
  • 28 Yan 12:41  
Digərləri Həmin yol tam bağlanır Təmir olunacaq

Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı

arrow Ətraflı
Yeni Günəşli, Zabrat, Masazır, Saraya metro xətlərinin çəkilməsi nəzərdən keçiriləcək like
  • 28 Yan 12:38  
Digərləri Yeni Günəşli, Zabrat, Masazır, Saraya metro xətlərinin çəkilməsi nəzərdən keçiriləcək

Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Zabrat,

arrow Ətraflı
Prokurorlar bu sahəyə də nəzarət edəcək like
  • 28 Yan 12:29  
Digərləri Prokurorlar bu sahəyə də nəzarət edəcək

Prokurorlara da uşaq hüquqları sahəsində nəzarət səlahiyyəti verilir.

arrow Ətraflı
Gürcüstanda azərbaycanlı gənclər SAXLANILDI like
  • 28 Yan 12:24  
Digərləri Gürcüstanda azərbaycanlı gənclər SAXLANILDI

Gürcüstanın azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda qa

arrow Ətraflı
Sabah intensiv yağış yağacaq like
  • 28 Yan 12:19  
Digərləri Sabah intensiv yağış yağacaq

Azərbaycanda yanvarın 29-da havanın arabir yağıntılı olacağı gözlənil

arrow Ətraflı
Xalq artisti: “56 kiloqram olmuşam, buna öyrəşin" like
  • 28 Yan 12:14  
Şou-biznes Xalq artisti: “56 kiloqram olmuşam, buna öyrəşin"

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın ad günü tədbirində j

arrow Ətraflı
Rəsul Çunayevə vəzifə verildi like
  • 28 Yan 12:07  
Digərləri Rəsul Çunayevə vəzifə verildi

Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu, universi

arrow Ətraflı
"Biz müharibəyə hazırlaşmırıq" like
  • 28 Yan 12:02  
Digərləri "Biz müharibəyə hazırlaşmırıq"

Biz müharibəyə hazırlaşmırıq, çünki müharibə olmayacaq.

arrow Ətraflı
Rusiyanın bu ərazisində matəm elan olundu like
  • 28 Yan 11:47  
Digərləri Rusiyanın bu ərazisində matəm elan olundu

Nyurba rayonunda 28 yanvardan etibarən üç günlük matəm elan olunub.

arrow Ətraflı
Ötən il “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 26 gəmi təmir olunub like
  • 28 Yan 11:46  
Digərləri Ötən il “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 26 gəmi təmir olunub

AZCON Holding şirkətlərindən olan ASCO-nun "Zığ" Gəmi Təmiri v

arrow Ətraflı