Eyni əmələ iki cəza olmaz Ali Məhkəmə
Digərləri 28 Yan 2026 10:39:00 56 0
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edilib.
Bu xəbəri də oxu: İrandan Trampa hərbi nümayiş: Hörmüz boğazında təlimlər başlayır
Son.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, işin hallarına görə, məhkum vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib, habelə aldatma və etibardan sui-istifadə yolu ilə xüsusilə külli miqdarda əmlakı ələ keçirməklə dələduzluq edib. Həmin əməllər birinci və apellyasiya instansiya məhkəmələrinin qərarı ilə sübuta yetirilmiş hesab edilib.
Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirinin sübuta yetirilmədiyi iddia olunaraq, cinayət işi üzrə icraata xitam verilməsi xahiş edilib.
Ali Məhkəmə kassasiya instansiyası kimi bu dəlilləri araşdıraraq belə nəticəyə gəlib ki, iş üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilib, məhkumun təqsirliliyi mötəbər sübutlarla təsdiq olunub və ona bəraət verilməsi üçün Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Bununla yanaşı, Ali Məhkəmə cinayət qanununun tətbiqi zamanı yol verilmiş hüquqi səhvi aradan qaldıraraq, öz mövqeyini ətraflı şəkildə əsaslandırıb.
Ali Məhkəmə qeyd edib ki, məhkumun vahid cinayət qəsdi ilə törətdiyi əməllər çərçivəsində faktiki olaraq 6 milyon manatdan çox pul vəsaiti dələduzluq yolu ilə ələ keçirilib, əlavə olaraq 45 min manat məbləğində pulun ələ keçirilməsinə cəhd göstərilib. Hər iki hərəkət vahid niyyətlə həyata keçirildiyindən, onların ayrı-ayrılıqda müstəqil cinayətlər kimi qiymətləndirilməsi yolverilməzdir.
08.01.2026-cı il tarixində 75 yaşlı qadın ağır vəziyyətdə Kliniki Tibb
Mehdiabad qəsəbəsindən metronun "28 May" stansiyasına tramvayın
Beyləqan rayonu, İkinci Aşıqlı kəndi ərazisində yerləşən heyvan bazar
Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində istintaq olu
Səhmlərin İlkin Kütləvi Təklif üsulu ilə yerləşdirilməsi Bank üçün
Aparıcı Nanə Ağamalıyeva bir müddət sonra yenidən obyektivlərə tuş g�
Fövqəladə Hallar Nazirliyində yeni təyinat olub.
Biznes və maliyyə mediası olan FinFly fəaliyyətə başlamasından bir il
Fevral ayında təhvil veriləcək qızıl fyuçerslərinin qiyməti Nyu-York Ti
Ötən il 3 milyondan çox vətəndaşa aid fərdi məlumatların mümkün sızm
Xəbər verdiyimiz kimi, yanvarın 26-da Xalq Artisti Aygün Kazımovanın möht
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
"Əmək pensiyaları" haqqında Qanuna əsasən, əmək pensiyaların�
Azərbaycanda 2026-cı il üçün Novruz çərşənbələrinin tarixləri məlum
