Dəmlənmiş çaydan möhtəşəm desert: Yumşaq kremli tort resepti
Digərləri 23 Yan 2026 23:12:00 68 0
Adətən tortların yanında içdiyimiz çay bu dəfə tortun öz dadına dad qatır. Dəmlənmiş çayın verdiyi tünd rəng və xüsusi ətir bu deserti digərlərindən fərqləndirir. Son.az aaddım-addım hazırlanma qaydasını təqdim edir:
Lazım olan ərzaqlar: Keksi (Biskviti) üçün:
3 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan soyudulmuş tünd dəmlənmiş çay (yarpaq çay olması daha yaxşıdır)
Yarım stəkan duru yağ
2.5 stəkan un
1 paket qabartma tozu
1 paket vanil
2 xörək qaşığı kakao
Kremi üçün:
3 stəkan süd
1 ədəd yumurta sarısı
2 xörək qaşığı un
1 xörək qaşığı nişasta
Yarım stəkan şəkər tozu
1 paket vanil
1 paket krem-şanti (toz halında)
Hazırlanma qaydası: İlk növbədə yumurta və şəkər tozunu köpüklənənə qədər mikserlə çalın. Üzərinə duru yağ və soyumuş tünd çayı əlavə edib qarışdırın. Sonra un, kakao, qabartma tozu və vanili ələkdən keçirərək qarışığa qatın. Hazır kütləni yağlanmış qaba töküb, əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 30-35 dəqiqə bişirin.
Kremin hazırlanması - süd, yumurta sarısı, un, nişasta və şəkər tozunu bir qazana töküb qatılaşana qədər qarışdıraraq bişirin. Krem qaynamağa başlayanda ocaqdan götürün, vanili əlavə edib soyumağa qoyun. Tam soyuduqdan sonra toz halındakı krem-şantini əlavə edib mikserlə 5 dəqiqə çalın (bu, kremə ipək kimi tekstura verəcək).
Soyumuş keksi ortadan iki yerə bölün. Arasına kremin yarısını bolca çəkin. Üst hissəni qoyduqdan sonra qalan kremlə tortun hər tərəfini örtün.
Tortun üzərini zövqə görə şokolad qırıntıları, üyüdülmüş püstə və ya qozla bəzəyə bilərsiniz. Dadların bir-birinə keçməsi üçün soyuducuda ən azı 3-4 saat saxlanılması tövsiyə olunur. Lalə Qüdrətova Son.az
Havaların soyuması ilə birlikdə xəstəliklərə qarşı müqaviməti artır
İndoneziyanın kurort adası olan Balidə istirahət edən tanınmış şəxsl�
Lerikdə üç gün öncə 1-ci Qarabağ müharibəsi şəhidi Qənbərov Xalıq
Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan evində məclis edərək, Əm�
İnsan orqanizmi yaşlandıqca təkcə daxili sistemlər deyil, bədənin ölç�
Aparıcı Afaq Gəncəli paylaşımı ilə diqqət çəkib.
Bəzi vətəndaşlar son günlər bazar və marketlərdə satılan meyvə-tərə
Cənab Prezidentin həm Elmlər Akademiyasının yubileyindəki çıxışında,
İranda son iğtişaşlar nəticəsində 3 117 nəfər həlak olub.
Bakı-Quba avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayon
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərl�
Mel Gibsonun Oskara namizəd olan məşhur "Apokalipto" filmindəki ba
Müğənni Mənzurə Musayeva növbəti açıqlaması ilə müzakirə olunub.
Çoxmərtəbəli binaların birinci mərtəbəsində, zirzəmisində mağaza, ka
