Yaşlandıqca böyüyən və kiçilən bədən hissələri
Digərləri 23 Yan 2026 22:19:00 58 0
İnsan orqanizmi yaşlandıqca təkcə daxili sistemlər deyil, bədənin ölçüləri də dəyişir.
Bu xəbəri də oxu: Şəhid bacısı qara görə 3 gün sonra dəfn edildi
Son.az bildirir ki, mütəxəssislərin sözlərinə görə, illər keçdikcə bəzi orqan və bədən hissələri uzana, enlənə, digərləri isə əksinə, kiçilə bilər.
Hansı hissələr böyüyə bilər?
Ayaqlar Əgər əvvəllər geyindiyiniz ayaqqabı ölçüsü indi dar gəlirsə, bu, tamamilə təbii səbəblərlə bağlı ola bilər. Çünki yaş artdıqca bədən çəkisinin təsiri və gündəlik yüklənmə nəticəsində bağlar və vətərlər elastikliyini itirir, ayaq forması isə bir qədər "yastılaşır".
Bundan əlavə, yaşla birlikdə ayaq və topuq nahiyəsində maye yığılması müşahidə oluna bilər ki, bu da şişkinlik yaradır. Baş barmağın dibində yaranan sümük çıxıntıları (bursit) da ayağın ölçüsünü artırır.
Araşdırmalara görə ayağın uzunluğu təxminən 8 millimetr, eni isə 4 millimetr arta bilər.
40 yaşdan sonra isə ayaq uzunluğu hər 10 ildə orta hesabla 3-4 millimetr böyüyür.
Burun Burun əsasən yumşaq toxumalardan ibarətdir və zaman keçdikcə bu toxumalar elastikliyini itirərək sallana bilər. 2002-ci ildə aparılan araşdırmada burunun uzunluğunun orta yaşdan qocalığa qədər təxminən 5 millimetr artdığı qeyd olunub.
Eyni zamanda yanaqlarda yağ yastıqlarının azalması burunun daha çıxıq görünməsinə səbəb olur.
Filtrum (burunla üst dodaq arasındakı xət) Burunla üst dodaq arasındakı şaquli çökəklik də cazibə qüvvəsinin təsiri ilə uzana bilər. Bu hissənin uzunluğu təxminən 1,8 santimetrdən 2 santimetrə yaxın ola bilər.
Dişlər Dişlər yaşlandıqca böyümür, amma diş ətləri geri çəkildiyi üçün onlar daha uzun görünür. Gənclikdə ön dişlərin uzunluğu adətən 10-12 millimetr olur, lakin yaşla bu göstərici vizual olaraq 15-17 millimetr kimi görünə bilər.
Həmçinin dodaqların incəlməsi dişləri daha çox üzə çıxararaq "uzanma" təəssüratını gücləndirir.
Aparıcı Afaq Gəncəli paylaşımı ilə diqqət çəkib.
Bəzi vətəndaşlar son günlər bazar və marketlərdə satılan meyvə-tərə
Cənab Prezidentin həm Elmlər Akademiyasının yubileyindəki çıxışında,
İranda son iğtişaşlar nəticəsində 3 117 nəfər həlak olub.
Bakı-Quba avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayon
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərl�
Mel Gibsonun Oskara namizəd olan məşhur "Apokalipto" filmindəki ba
Müğənni Mənzurə Musayeva növbəti açıqlaması ilə müzakirə olunub.
Çoxmərtəbəli binaların birinci mərtəbəsində, zirzəmisində mağaza, ka
Ötən ilin 17-18 iyul tarixlərində müsahibə mərhələsi təşkil olunan di
Sumqayıt qazın verilişində problemlər yaranıb.
Xalq artisti Fərqanə Qasımova qızı Mövlanənin toy mərasimində söylədi
Əməkdar artist Könül Kərimova onu tənqid edənlərə cavab verib.
Birinci Qarabağ müharibəsi qazisi Üzeyir Məmmədov vəfat edib.
