“Apokalipsis”in “Yaquar pəncəsi” həbs olundu
Şou-biznes 23 Yan 2026 21:21:00 67 0
Mel Gibsonun Oskara namizəd olan məşhur "Apokalipto" filmindəki baş rolu ilə dünya şöhrəti qazanan Rudi Yanqblad Texas ştatında ağır cinayət ittihamı ilə saxlanılıb.
Bu xəbəri də oxu: Röya Ayxanın əkiz qardaşları nə işlə məşğuldur?
Son.az xəbər verir ki, aktyor əvvəlcə avtomobili sürətlə idarə etdiyi üçün saxlanılıb. Sənədləri yoxlanılarkən onun narkotik maddələrlə bağlı qaldırılmış iddiaya görə axtarışda olduğu məlum olub. Aktyor dərhal qandallanaraq şöbəyə aparılıb.
Yanqblad hazırda Henderson dairəsinin həbsxanasında saxlanılır. O, 1 qramdan 4 qrama qədər nəzarət edilən maddə saxlamaqda ittiham olunur. Texas qanunlarına görə, bu, ağır cinayət hesab olunur. Təqsiri sübuta yetirilərsə, aktyoru 2 ilə qədər həbs cəzası və 10 000 dollar məbləğində cərimə gözləyir.
Bu, 43 yaşlı aktyorun ilk qanun pozuntusu deyil. Yanqbladın cinayət dosyesi kifayət qədər zəngindir. O, 2025-ci ildə ailə üzvünə qarşı fiziki zorakılıq (nəfəs almasına mane olmaqla hücum) ittihamı ilə həbs edilmişdi.
2017-ci ildə Mayamidə sərxoş vəziyyətdə ictimai asayişi pozduğu üçün saxlanılsa da, sonradan həmin ittihamlar ləğv edilmişdi.
Rudi Yanqblad 2006-cı ildə çəkilmiş "Apokalipto" filmindən sonra "Cəhənnəm dəliyi mədəninin lənəti" (2023) və "Pıtpıtı mövsümü" (2021) kimi layihələrdə də yer alıb. Ötən il "La Matadora" dramında rol alan aktyorun hazırda üzərində işlədiyi bir neçə yeni layihəsi də var idi, lakin son həbs onun karyerasına ciddi təsir göstərə bilər. Lalə Qüdrətova Son.az
Müğənni Mənzurə Musayeva növbəti açıqlaması ilə müzakirə olunub.
Çoxmərtəbəli binaların birinci mərtəbəsində, zirzəmisində mağaza, ka
Ötən ilin 17-18 iyul tarixlərində müsahibə mərhələsi təşkil olunan di
Sumqayıt qazın verilişində problemlər yaranıb.
Xalq artisti Fərqanə Qasımova qızı Mövlanənin toy mərasimində söylədi
Əməkdar artist Könül Kərimova onu tənqid edənlərə cavab verib.
Birinci Qarabağ müharibəsi qazisi Üzeyir Məmmədov vəfat edib.
Qış fəslinin son ayı hesab olunan fevral adətən dəyişkən hava, temperat
Sabunçu Rayon İcra Hakimiyyətində stuktur dəyişikliyi ilə əlaqədar olar
Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov ilk dəfə ailəsi ilə bağlı dan
İranın Ali rəhbəri Əli Xameneinin nümayəndəsi Məhəmməd Səidi ölkəy
Avtomobili park etmək üçün ya sms göndərməlisən, ya da mobil tətbiq üz
30 il bundan öncə biz azərbaycanlı qardaşlarımız üçün Araz dəhlizini
23 yanvar-27 mart tarixlərində dünya şöhrətli fotoqraf və fotojurnalist R
Bakı şəhərinin Səbail rayonunda evdə yanğın zamanı yanaraq ölən şəx
