Dərnəgül metrostansiyasında "mason" simvolu var? AÇIQLAMA


Digərləri 22 Yan 2026 17:31:00 73 0

Dərnəgül metrostansiyasında "mason" simvolu var?  AÇIQLAMA

"Kurtlar Vadisi" serialında "Baron" Mehmet Karahanlının məbəddə edam edildiyi səhnədə yerdə olan səkkizguşəli ulduz və həndəsi naxışların Bakı metropoliteninin "Dərnəgül" stansiyasındakı döşəmə bəzəkləri ilə eynilik təşkil etməsi sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Serialdakı masonik simvolların əks olunduğu həmin kadrla 2011-ci ildə istifadəyə verilən stansiyanın dizaynı arasındakı vizual oxşarlıq izləyicilər tərəfindən müəmmalı qarşılanıb. Məsələ ilə bağlı fikrini bildirən ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, metro stansiyalarında olan simvollar və sosial şəbəkələrdə guya masonluqla əlaqələndirilən Dərnəgül metrosundakı ornamentlər yeni məsələ deyil və yalnız bu stansiyaya aid deyil: "Dünyanın demək olar ki, bütün böyük şəhərlərinin metro və ictimai məkanlarında oxşar simvollar, naxışlar və həndəsi fiqurlar mövcuddur. Bunların böyük əksəriyyəti memarlıq və dekorativ sənətin elementləridir və ideoloji və ya dini təbliğat məqsədi daşımır". O bildirib ki, Dərnəgül metrosundakı ornamentə diqqətlə baxdıqda klassik şərq ornamentikasına xas elementlər aydın görünür: "Mərkəzdə çoxşaxəli ulduz forması yer alır. Bu tip ulduzlar islam memarlığında, Azərbaycan xalça naxışlarında, Şirvanşahlar sarayında və qədim qəbirüstü daşlarda geniş yayılıb. Bu, konkret bir təriqətin deyil, ümumbəşəri həndəsi simvolikanın məhsuludur. Həndəsi fiqurlar insanlıq tarixində ən qədim ifadə vasitələrindən sayılır. Dairə bütövlüyü, simmetriya və mərkəz nizamı isə harmoniya anlayışını ifadə edir". İlahiyyatçı qeyd edib ki, sionizm və ya masonluq iddiaları isə ciddi metodoloji səhvə əsaslanır: "Bir simvolun müxtəlif mədəniyyətlərdə istifadə olunması onu avtomatik ideoloji rəmzə çevirmir. Altı və səkkiz guşəli ulduzlar təkcə yəhudi mədəniyyətinə aid deyil. Bu formalar əsrlər boyu islam dünyasında istifadə olunub. Səmərqənddə, İsfahanda, Qahirədə və Bakının İçərişəhərində bu naxışlara rast gəlinir və heç kim bunu gizli təşkilatların izi kimi təqdim etmir". Onun fikrincə, masonluqla bağlı iddialar daha çox müasir dövrdə formalaşmış mifoloji yanaşmanın nəticəsidir: "Cəmiyyətdə izah olunmayan detalları gizli güclərlə əlaqələndirmək psixoloji rahatlıq yaradır. Halbuki memarlıq layihələri açıq proseslərdən keçir, müvafiq qurumlar tərəfindən təsdiqlənir və burada gizli ideoloji mesajların yerləşdirilməsi nə realdır, nə də məntiqlidir. Metro stansiyaları eyni zamanda estetik məkanlardır. Bu ornamentlər sərnişini yormayan, neytral və tarixi köklərə bağlı dizayn elementləridir. Burada nə dini çağırış, nə siyasi mesaj, nə də hansısa təriqətə yönləndirmə var. Sadəcə forma, nizam və vizual harmoniya var". İlahiyyatçı bildirib ki, İslam baxımından da bu ornamentlərdə problem görmək doğru deyil. "Niyyət daşımayan, ibadət və təbliğ məqsədi olmayan bəzək elementlərinin haram elan edilməsi əsassızdır. Alimlər də bildirir ki, adi naxışlar şirk və ya küfr niyyəti daşımırsa, problem hesab edilmir. Burada ibadət yoxdur, rəmzə səcdə yoxdur, ideoloji bağlılıq yoxdur. Sadəcə bəzəkdir. Nəticə etibarilə, hər bir fiquru düşmən obrazına çevirmək nə elmi, nə dini, nə də sağlam düşüncəyə uyğundur. Simvolları kontekstdən qoparıb süni mənalar yükləmək maarifləndirmir, əksinə qorxu və şübhə yaradır. Cəmiyyətin ehtiyacı miflərə deyil, məlumatlı baxışa, tarix və sənət biliklərinə söykənən yanaşmadır. Bu məsələ də məhz bu çərçivədə qiymətləndirilməlidir. Bütün müsəlman ölkələrində bu tip bəzəklər geniş istifadə olunur və həmin ölkələrdə toxunan xalçaların üzərində də oxşar ornamentlər yer alır" - deyə o bildirib.

“Aşkı Memnu”dakı məşhur səhnəni 18 il sonra yenidən CANLANDIRDI like
  • 22 Yan 17:21  
Şou-biznes “Aşkı Memnu”dakı məşhur səhnəni 18 il sonra yenidən CANLANDIRDI

Nebahat Çehre "Aşk-ı Memnu"dakı obrazını 18 il sonra yenidən ca

arrow Ətraflı
Kamran Əsədovun məhkəməsi başlayıb  30 şahid var like
  • 22 Yan 16:53  
Digərləri Kamran Əsədovun məhkəməsi başlayıb 30 şahid var

Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki va

arrow Ətraflı
"Müğənni həmkarım olan rəfiqəm ərimi əlimdən ALDI" like
  • 22 Yan 16:50  
Şou-biznes "Müğənni həmkarım olan rəfiqəm ərimi əlimdən ALDI"

Müğənni Sevinc Ağaşirinova ilə bağlı canlı efirdə səsləndirilən aç

arrow Ətraflı
“Hollywood” restoranında kütləvi dava: Tiktoker DÖYÜLDÜ like
  • 22 Yan 16:49  
Kriminal “Hollywood” restoranında kütləvi dava: Tiktoker DÖYÜLDÜ

Binəqədi rayonu Azadlıq prospektində yerləşən "Hollywood" resto

arrow Ətraflı
Azərbaycanda qripə yoluxma halları artıb: Əksəriyyəti uşaqlardır like
  • 22 Yan 16:46  
Digərləri Azərbaycanda qripə yoluxma halları artıb: Əksəriyyəti uşaqlardır

TƏBİB tabeli xəstəxanalara qrip səbəbilə müraciət edənlər çoxdur, am

arrow Ətraflı
İcbari tibbi sığorta genişləndirilir  Vüqar Qurbanov açıqladı like
  • 22 Yan 16:40  
Digərləri İcbari tibbi sığorta genişləndirilir Vüqar Qurbanov açıqladı

"İcbari tibbi sığorta çərçivəsində robotik cərrahiyyə əməliyyat

arrow Ətraflı
64 nəfər sığınacağa yerləşdirilib  RƏSMİ AÇIQLAMA like
  • 22 Yan 16:40  
Digərləri 64 nəfər sığınacağa yerləşdirilib RƏSMİ AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət

arrow Ətraflı
Misir Mərdanova vəzifə verildi like
  • 22 Yan 16:39  
Digərləri Misir Mərdanova vəzifə verildi

Ramiz Mehdiyevin xanımının yerinə təyin olundu

arrow Ətraflı
"Bununla əməliyyat zamanı qanaxma riski və qan itkisi azalacaq" like
  • 22 Yan 16:37  
Digərləri "Bununla əməliyyat zamanı qanaxma riski və qan itkisi azalacaq"

"Robotik cərrahiyyədə istifadə olunan cihaz robot olsa da, analitik tə

arrow Ətraflı
Bakıda silsilə oğurluqlar edən qardaşlar saxlanıldı like
  • 22 Yan 16:30  
Kriminal Bakıda silsilə oğurluqlar edən qardaşlar saxlanıldı

Bakının Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.

arrow Ətraflı
"Ulduz"u sel aparır  AAYDAdan CAVAB like
  • 22 Yan 16:22  
Digərləri "Ulduz"u sel aparır AAYDAdan CAVAB

Bakı şəhəri Nərimanov rayonunda su basma hadisəsi baş verib.

arrow Ətraflı
Lerikdə güclü qar evin damını uçurdu like
  • 22 Yan 16:18  
Digərləri Lerikdə güclü qar evin damını uçurdu

Lerikdə güclü qar nəticəsində evin dam örtüyü uçub.

arrow Ətraflı
Azərbaycanda yalnız onlar aptek işlədə biləcək – Yeni like
  • 22 Yan 15:55  
Digərləri Azərbaycanda yalnız onlar aptek işlədə biləcək – Yeni

Əczaçılıq fəaliyyəti ilə məşğul olmanın hüquqi əsaslarında dəyiş

arrow Ətraflı
Davosda İlham Əliyev ilə Donald Tramp arasında görüş keçirilib like
  • 22 Yan 15:51  
Siyasət Davosda İlham Əliyev ilə Donald Tramp arasında görüş keçirilib

Son.az xəbər verir ki, yanvarın 22-də Davosda Azərbaycan Respublikasının

arrow Ətraflı
Davosda İlham Əliyevlə Donald Tramp arasında səmimi dialoq like
  • 22 Yan 15:45  
Siyasət Davosda İlham Əliyevlə Donald Tramp arasında səmimi dialoq

Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ABŞ Prezid

arrow Ətraflı