Azərbaycanda yalnız onlar aptek işlədə biləcək – Yeni
Digərləri 22 Yan 2026 15:55:00 63 0
Əczaçılıq fəaliyyəti ilə məşğul olmanın hüquqi əsaslarında dəyişiklik edilib.
Bu xəbəri də oxu: Həmin nömrənin son 5 rəqəmi əslində kod imiş İnsanları belə aldadırlar
Son.az bildirir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq Qərar imzalayıb.
"Dərman vasitələrinin topdansatışına dair tələblər"
Mövcud qanunvericiliyə görə, fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş əczaçılar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.
Qərara əsasən, azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş əczaçılar, o cümlədən əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş əczaçılar Səhiyyə Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna uyğun olaraq sertifikasiya imtahanından keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola biləcəklər.
"Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları"
Mövcud qanunvericiliyə görə, aptekdən həkim resepti ilə buraхılan dərman vasitələrinin satışı "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna uyğun olaraq sertifikasiyadan keçmiş əczaçılıq təhsilinə malik mütəxəssis tərəfindən, reseptsiz buraxılan dərman vasitələrinin və digər tibb təyinatlı malların satışı ali və ya orta əczaçılıq təhsilinə malik mütəхəssislər tərəfindən həyata keçirilir.
Qərara əsasən, aptekdən reseptlə və ya reseptsiz buraxılan dərman vasitələrinin, o cümlədən digər tibb təyinatlı malların satışı "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun tələblərinə uyğun olaraq sertifikasiya şəhadətnaməsi qüvvədə olan əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış əczaçılar tərəfindən həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, qərar yanvarın 6-da qəbul edilib, yanvarın 14-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, yanvarın 15-də qüvvəyə minib.
Son.az xəbər verir ki, yanvarın 22-də Davosda Azərbaycan Respublikasının
Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ABŞ Prezid
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 20 yanvar tari
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-c
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində 3000 abonentin qaz təchi
Astroloqların şərhlərinə görə, yaxın dövrdə bəzi bürclər üçün ş
Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsin
Ötən gecə Bakının Nərimanov rayonunda baş vermiş ağır yol qəzasında�
Ötən il istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikd�
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın atası Yaşa
Davosda Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampı
Azərbaycanlı məşhurların toy fotoları sosial şəbəkələrdə marağa sə
"Azparkinq" xidmətindən istifadə edən vətəndaşlar yeni problem
Hamı Sülh Şurasının bir hissəsi olmaq istəyir.
Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Qrenlandiya satışa çıxarıls
