64 nəfər sığınacağa yerləşdirilib RƏSMİ AÇIQLAMA
Digərləri 22 Yan 2026 16:40:00 63 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir.
Bu xəbəri də oxu: Uşaqların əməyinə nəzarət gücləndirildi – valideyn razılığı tələb olunur
Sosial Xidmətlər Agentliyindən Son.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, çətin həyat şəraiti ilə qarşılaşan vətəndaşlar müəssisənin xidmətlərindən qanunvericiliyə uyğun şəkildə yararlana bilərlər.
Bildirilib ki, müəssisəyə qəbul olunanlar 6 ay (180 gün) ərzində müvafiq xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər.
"Hazırda müəssisənin müxtəlif şöbələrində ümumilikdə 64 nəfərə xidmət göstərilir. Onlardan 39-u kişi, 25-i qadındır. Ötən il müəssisədə ümumilikdə 222 nəfərə xidmət göstərilib. Onlardan 84-ü müəyyən yaşayış yeri olmayan şəxslər olub".
Qeyd edək ki, müəssisəyə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya DOST mərkəzləri vasitəsilə aparılır. Həmçinin, vətəndaşlar müraciətlərini Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 qaynar xətti, (050) 525 41 30 WhatsApp sosial platforması, eləcə də sosial media hesabları vasitəsilə ünvanlaya bilərlər.
Fərid Zöhrabov Son.az
"Robotik cərrahiyyədə istifadə olunan cihaz robot olsa da, analitik tə
Bakının Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Bakı şəhəri Nərimanov rayonunda su basma hadisəsi baş verib.
Əczaçılıq fəaliyyəti ilə məşğul olmanın hüquqi əsaslarında dəyiş
Son.az xəbər verir ki, yanvarın 22-də Davosda Azərbaycan Respublikasının
Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ABŞ Prezid
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 20 yanvar tari
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-c
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində 3000 abonentin qaz təchi
Astroloqların şərhlərinə görə, yaxın dövrdə bəzi bürclər üçün ş
Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsin
Ötən gecə Bakının Nərimanov rayonunda baş vermiş ağır yol qəzasında�
Ötən il istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikd�
