Milli Məclislə Konqres arasında əlaqələr genişləndiriləcək
Siyasət 21 Yan 2026 13:10:00 71 0
Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında əlaqələri genişləndiriləcək.
Bu xəbəri də oxu: Qrenlandiya transatlantik dövrün sonunun başlanğıcına çevrildi
Son.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2026-cı il yaz sessiyası üçün İş Planına daxil edilib.
Belə ki, yaz sessiyasında komitədə 2025-ci il avqustun 8-də Vaşinqtonda tarixi sənədlərin imzalanması ilə Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə yüksəldiyini nəzərə alaraq Azərbaycan Respublikasının Milli Məclisi ilə ABŞ Konqresi arasında əlaqələrin genişləndirilməsinə dəstək vermək məqsədilə xüsusi tədbirlərin keçirilməsi planlaşdırılır.
Komitənin 2026-cı il yaz sessiyası üçün İş Planına həmçinin aşağıdakı məsələlər də daxil edilib:
Azərbaycanın Asiya Parlament Assambleyası, ATƏT PA, AŞPA (nümayəndə heyətinin qurumda fəaliyyətini dayandırdığını nəzərə alaraq), MDB PA, NATO PA, TÜRKPA, İƏT PA, QDİƏT PA, Parlamentlərarası İttifaq, GUAM PA, Avronest PA təşkilatları ilə əməkdaşlığının inkişafının təmin edilməsi məqsədilə həmin təşkilatlarda Milli Məclisin nümayəndə heyətlərinin işinə yardım etmək; Azərbaycan Respublikası Milli Məclisi ilə Avropa İttifaqı əməkdaşlıq komitəsinin əlaqələrinin səmərəli şəkildə fəaliyyəti ilə bağlı tövsiyələr vermək; Türk Dövlətləri ilə əlaqələrin əhəmiyyətini nəzərə alaraq və "Bizim ailəmiz türk dünyasıdır" fikrini rəhbər tutaraq Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin parlamentləri ilə əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyəti genişləndirmək; Azərbaycan Respublikası Milli Məclisinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı ilə əməkdaşlığının gücləndirilməsi istiqamətində tövsiyələr vermək.
Sosial şəbəkələrdə müzakirə olunan, AMEA-nın Prezidenti İsa Həbibbəy
Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar.
Azərbaycanda "Dell Technologies" şirkətinin iştirakı ilə superko
Xırdalan şəhərində yerləşən "Araz" marketin parkinq tarifləri
2026-cı il astroloji baxımdan böyük maliyyə dəyişiklikləri və yeni imka
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin müvafiq əmr
Naxçıvanın Babək rayonunun Payız kəndində içməli və suvarma suyunun ol
Xırdalan şəhərində yerləşən, "Viləşçay MTK" tərəfindən i
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda
Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu , SSRİ Xalq Artisti Qara Qara
Milli Məclisdə hərbi səfərbərliklə bağlı müzakirələr aparılacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda
Paytaxtda mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmil
Dünən, yanvarın 20-i gündüz saatlarından etibarən paytaxt Bakı şəhəri
