Prezident Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti ilə görüşüb FOTO
Siyasət 21 Yan 2026 11:08:00 67 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda "Brookfield Asset Management" şirkətinin prezidenti Konnor Teski ilə görüşüb.
Bu xəbəri də oxu: İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
Son.az xəbər verir ki, söhbət zamanı "Brookfield Asset Management"in real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə investisiya baxımından maraq doğuran sahələr və mümkün layihələr barədə fikir mübadiləsi aparıldı.
Görüş çərçivəsində ARDNF ilə "Brookfield Asset Management" arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalandı.
Sənəd mövcud strateji münasibətlərin institusional əsasda daha da dərinləşdirilməsini, Fondun qlobal miqyasda nüfuzlu investisiya platformalarına çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı ARDNF-nin "Brookfield" tərəfindən idarə olunan fondlara və birgə investisiya layihələrinə 3-4 il müddətində ümumilikdə 1,4 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının dəyərləndirilməsi planlaşdırılır.
Əməkdaşlıq çərçivəsində Azərbaycanda investisiya potensialı olan əsas sahələr, o cümlədən enerji keçidi və saxlancı, bərpaolunan enerji, rəqəmsal infrastruktur və digər sahələr üzrə imkanların araşdırılması nəzərdə tutulur.
Paytaxtda mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmil
Dünən, yanvarın 20-i gündüz saatlarından etibarən paytaxt Bakı şəhəri
3 gün ərzində Lerikə yağan intensiv qar bu gün səngiyib.
Hava şəraiti ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmat
Yanvarın 21-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən Davos İqtisadi Forumu
Bakının bir hissəsi ağ örpəyə bürünüb, digər tərəfi isə yox. Bakı
Müğənni Şəbnəm Tovuzlu makiyajsız görüntüsü ilə sosial şəbəkələ
Məlum olduğu kimi, yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu t
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlma
Braziliyada bir cütlüyün ailə hekayəsi qəfil şokedici bir fakta çevrilib
Son illər Qrenlandiya böyük dövlətlərin diqqət mərkəzinə çevrilib.
ABŞ Prezidenti Donald Tramp NATO-nun mövcudluğunu məhz öz fəaliyyəti ilə
