Əməliyyat masasından məhkəmə zalına – Ali Məhkəmədən qərar


Digərləri 21 Yan 2026 10:25:00 53 0

Əməliyyat masasından məhkəmə zalına – Ali Məhkəmədən qərar

Məlum olduğu kimi, yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu toxunulmaz və mütləq hüquq olmaqla, ən ali fundamental hüquqdur. Sağlamlıq hüququ isə yaşamaq hüququnun ayrılmaz və tamamlayıcı tərkib hissəsi olmaqla, insanın sağlam şəraitdə yaşaması, fiziki və psixoloji sağlamlığının qorunması və bərpası hüququdur. Konstitusion təminat altına alınmış hər iki hüququn müdafiəsi və həmin pozuntudan irəli gələn zərərlə bağlı çəkişmələr məhkəmə müstəvisində xüsusi çəkiyə malikdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 24 dekabr 2025-ci il tarixdə qəbul edilən "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" qərarla əslində konstitusion təminat altına alınmış, lakin hüquqların müdafiəsi baxımından digərlərinə nisbətən kənarda qalmış bədən toxunulmazlığı hüququna da aydınlıq gətirilmişdir. Bədən toxunulmazlığı hüququ - bədəni təşkil edən orqan, üzv və ya toxuma üzərində insanın şəxsiyyət hüquqlarını nəzərdə tutur. 

Hüquqaziddliyi aradan qaldıran hallar yoxdursa, bədən toxunulmazlığına üçüncü şəxslər tərəfindən edilən hər hansı müdaxilə (tibbi, elmi, fiziki, cinsi və s.) qadağandır.  Məsələn, şəxsin razılığı olmadan tibbi analizlərin aparılması və ya digər əsasla ondan biomaterialın götürülməsi, hər hansı inyeksiyanın edilməsi, sağlığında və ya ölümündən sonra onun orqan və toxumalarından istifadə edilməsi, bədəninə toxunulması, fiziki və cinsi zorakılığın edilməsi və s. Plenum qərarında hansı hallarda sadalanan hüquqlara müdaxilənin qanuni olmasına da aydınlıq gətirilmişdir. Həmin hallara şəxsin razılığı, üstün xüsusi mənafe, üstün ictimati mənafe və qanuni əsas aiddir. 

Şəxsin razılığı açıq şəkildə ifadə edilmiş, zədələnməmiş, qanuna və ya əxlaqa zidd olmayan iradə ifadəsini nəzərdə tutur. Razılıq yazılı, şifahi, konkludent hərəkət (davranış) və ya susma formasında ola bilər. 

Zədələnmiş, qanuna və əxlaqa zidd, açıq şəkildə ifadə olunmayan razılıq hüquqi cəhətdən mümkün deyil və qəbul edilməsi qadağandır. (məsələn, şəxsin üzərində tibbi müayinə keçirilməklə onun bədən toxunulmazlığına müdaxilənin edilməsi barədə razılıq keçərlidir, lakin şəxsin həyatına son qoyulması ilə bağlı razılıq yolverilməzdir).

Üstün xüsusi mənafe - şəxsiyyət hüququ ilə müqayisədə daha üstün və əhəmiyyətli xüsusi hüquq deməkdir. Müdaxilənin əsaslandığı xüsusi mənafe həm hüquqlarına müdaxilə edilən şəxsə, həm müdaxilə edən şəxsə, həm də üçüncü şəxsə aid ola bilər (məsələn, şəxsin razılığı olmadan onun bədən toxunulmazlığı hüququna müdaxilə həmin şəxsin və ya üçüncü şəxsin həyatının xilas edilməsi zərurəti ilə edildikdə). 

Üstün ictimai mənafe - konkret şəxslərin mənafeyinin qorunması üçün deyil, dövlətin və ya cəmiyyətin üstün maraqları deməkdir. (məsələn, karantin dövründə analizlərin məcburi aparılması)

Qanuni əsas isə şəxsiyyət hüquqlarının müdaxiləsinin qanunla nəzərdə tutulması deməkdir. (məsələn, Mülki Məcəllənin 563-565-ci maddələrində təsbit edilən zəruri müdafiə, son zərurət və özünəyardım).

Bu halların hər hansı birinin mövcudluğu müdaxilənin qanuniliyini ehtiva edir və şəxsi məsuliyyətdən azad edir.

Plenum Qərarında bu hüquqların keyfiyyətsiz tibbi xidmət nəticəsində pozulması və vurulmuş zərərə görə məsuliyyət məsələlərinə də geniş aydınlıq gətirilmiş, hansı hallarda tibbi xidmətlə bağlı vurulan mənəvi zərərin ödənilməsini tələb etməyin mümkünlüyü göstərilmişdir. Bu hallar aşağıdakılardır:

1) Tibbi yardım tədbirlərinin  ümumiyyətlə və ya lazımi keyfiyyətdə keçirilməməsi (xəstəliklərin (fizioloji və patoloji halların), zəhərlənmələrin, travmaların profilaktikası, diaqnostikası, müalicəsi, tibbi bərpa və reabilitasiya müddətində müşahidə edən tədbirlər); 2) "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş pasiyentin hüquqlarının pozulması;

3) Estetik, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növlərinin həyata keçirilməsi nəticəsində şəxsin sağlamlığının pozulması. 

Tibbi yardımın göstərilməsi zamanı tibbi standartlar çərçivəsində hərəkət edilərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün- olmayan sağlamlığa vutulmuş zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlandığı halda məsuliyyət istisna edilir. Bu zaman cavabdeh göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir.

Plenum qərarı ilə həmçinin tibbi yardım və estetik sahədə tibbi xidmətlərin göstərilməsi zamanı yaranan zərərin kompensasiyası tələblərinin xüsusiyyətləri və hüquqi əsasları arasında olan fərqə də aydınlıq gətirilmişdir.

Qərarda olan mövqeyə görə, estetik cərrahiyə, estetik stomatologiya, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növləri tibbi yardım deyil, nəticəsinə təminat verilən podrat münasibətləridir.  Xidmətin nəticəsi müqavilə üzrə nəzərdə tutulduğundan fərqli olmuşsa, tibbi xidmətlə bağlı yaranan deyil, müqavilə öhdəliklərinin pozulmasından irəli gələn zərər tələb edilə bilər (məsələn, burunun forması əvvəlcədən razılaşdırılmış formaya uyğun gəlmədikdə, əkilmiş saç çıxmadıqda və s. estetik nəticələr mübahisələndirildikdə). Belə mübahisələr müqavilə şərtləri, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun və Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən 39-cu fəsli ilə tənzimlənəcək.  Lakin bu xidmətlər göstərilərkən şəxsin yaşamaq, sağlamlıq və ya bədən toxunulmazlığı, habelə "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş pasiyentin hüquqları pozularsa, yaranmış zərər müqavilə öhdəliyinin pozulmasından irəli gələn zərər hesab edilmir, belə zərər mülki hüquq pozuntusu olmaqla, bu mübahisələr sahəvi qanunvericilik və deliktlə tənzimlənəcək.

Dəymiş zərərin kompensasiyası tələbləri tibb müəssisəsinə və ya tibb işçisinə və ya hər ikisinə qarşı irəli sürülə bilər. Alternativ seçim imkanı zərərçəkənin istəyinə bağlıdır. Zərər tibb müəssisəsi tərəfindən ödənildikdə, pozuntuya yol vermş işçisinə qarşı əmək qanunvericiliyinin tələblərinə uyğun reqres tələb hüququ yaranır.  

Ayxan Son.az

20 ilin ərarvadı bacıqardaş çıxdı: like
  • 21 Yan 10:11  
Digərləri 20 ilin ərarvadı bacıqardaş çıxdı:

Braziliyada bir cütlüyün ailə hekayəsi qəfil şokedici bir fakta çevrilib

arrow Ətraflı
Qrenlandiya üzərində niyə bu qədər "QIRĞIN" gedir? like
  • 21 Yan 10:07  
Dünya Qrenlandiya üzərində niyə bu qədər "QIRĞIN" gedir?

Son illər Qrenlandiya böyük dövlətlərin diqqət mərkəzinə çevrilib.

arrow Ətraflı
"Mən olmasaydım, NATO "tarixin zibilliyində" idi" like
  • 21 Yan 10:00  
Dünya "Mən olmasaydım, NATO "tarixin zibilliyində" idi"

ABŞ Prezidenti Donald Tramp NATO-nun mövcudluğunu məhz öz fəaliyyəti ilə

arrow Ətraflı
Qarlı hava şəraitində respublikanın avtomobil yollarında SON VƏZİYYƏT like
  • 21 Yan 09:54  
Digərləri Qarlı hava şəraitində respublikanın avtomobil yollarında SON VƏZİYYƏT

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində m�

arrow Ətraflı
Bəzi istiqamətlərdə avtobuslar gecikə bilər  XƏBƏRDARLIQ like
  • 21 Yan 09:49  
Digərləri Bəzi istiqamətlərdə avtobuslar gecikə bilər XƏBƏRDARLIQ

Ölkə ərazisində müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ilə

arrow Ətraflı
"Tacir kimi oxuyanlar çoxdur, Ədalətdən isə YOXDUR" like
  • 21 Yan 09:45  
Şou-biznes "Tacir kimi oxuyanlar çoxdur, Ədalətdən isə YOXDUR"

Aşıq Namiq Fərhadoğlu son açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Azərbaycan Trampın Sülh Şurasına üzvlük dəvətini qəbul etdi like
  • 21 Yan 09:40  
Siyasət Azərbaycan Trampın Sülh Şurasına üzvlük dəvətini qəbul etdi

16 yanvar tarixində ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxa

arrow Ətraflı
Tramp mətbuat konfransını yarımçıq kəsib Ərdoğana zəng elədi:Nə danışdılar? like
  • 21 Yan 09:39  
Dünya Tramp mətbuat konfransını yarımçıq kəsib Ərdoğana zəng elədi:Nə danışdılar?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp

arrow Ətraflı
Faiq Əhmədov vəzifəsindən azad edildi  YENİ TƏYİNAT like
  • 21 Yan 09:26  
Digərləri Faiq Əhmədov vəzifəsindən azad edildi YENİ TƏYİNAT

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) kadr dəy

arrow Ətraflı
Azərbaycanda iki valyuta BAHALAŞDI like
  • 21 Yan 09:20  
Digərləri Azərbaycanda iki valyuta BAHALAŞDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Bakıda dəm qazı daha bir can aldı like
  • 21 Yan 09:15  
Digərləri Bakıda dəm qazı daha bir can aldı

Bakıda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb.

arrow Ətraflı
Meksikada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib like
  • 21 Yan 09:12  
Digərləri Meksikada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycanın Meksikadakı s

arrow Ətraflı
Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə  pərəstişkarlarını sevindirəcək like
  • 21 Yan 09:03  
Kriminal Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək

30 və 31 yanvar tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrınd

arrow Ətraflı
Aeroport yolu buz bağladı like
  • 21 Yan 09:02  
Digərləri Aeroport yolu buz bağladı

Hazırda Aeroport şosesi mərkəz istiqamətində yolun buz bağlaması səbəb

arrow Ətraflı