Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək
Kriminal 21 Yan 2026 09:03:00 68 0
30 və 31 yanvar tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Şərəf" və "Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə "Zal qızı Zalxa" komediyasının premyerası təqdim olunacaq.
Yazıçı-dramaturq Əli Əmirlinin "Yeddi məhbusə anası" pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamovdur.
Tamaşanın süjeti polis məntəqəsinin müvəqqəti saxlama təcridxanasında baş verən tragikomik hadisələr üzərində qurulub. Dəmir barmaqlıqlar arxasında saxlanılan yeddi məhbus qadın və onları qorumağa çalışan ananın duzlu-məzəli əhvalatı tamaşaçılara gülüş dolu anlar bəxş edəcək. Komediyada ana fədakarlığı, qadın taleyi, ailə və cəmiyyət arasındakı bağların möhkəmliyi də ön plana çəkilir.
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, dirijoru Səməd Süleymanlı, xormeysteri Məlahət Qasımova, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Razimə İsmayılovadır.
Tamaşada Xalq artisti ilə yanaşı, Əməkdar artist Əzizağa Əzizov (Babək), Prezident mükafatçısı Ülviyyə Əliyeva (Nigar), aktyorlar Hüseyn Əlili (Polis Aslan), Gülcahan Salamova (Həcər), Türkel Tariqpeyma (Nüşabə) Ofeliya Məmmədova (Tomris), Gültac Əlili (Ərəbi), Gülnarə Əzizova (Qüdrət), Nərmin Əliyeva və Nigar Rüstəmova (Şöhrət), Cəbrayıl Cəbrayılov (arabadakı adam), həmçinin teatrın xor və balet artistləri iştirak edəcəklər.
Qeyd edək ki, aktrisa bu obrazı 2007-ci ildə Əməkdar incəsənət xadimi Oruc İzzətoğlunun quruluşunda da uğurla ifa edib.
Biletləri şəhərimizin bütün mərkəzləşdirilmiş kassalarından, "ASAN xidmət" mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.
Hazırda Aeroport şosesi mərkəz istiqamətində yolun buz bağlaması səbəb
Pirqulu stansiyasından 13 kilometr cənubda, Ağsu rayonunda zəlzələ qeydə
Dünyanın ən bahalı ədviyyatı kimi tanınan zəfəran Azərbaycanda da yet
NOW telekanalının "Yeraltı" serialı mövsümün əvvəlindən bər
Müasir dövrün sürətli ritmi və gündəlik stres faktorları psixi sağlaml
Bu resept yay və payız aylarının əvəzolunmaz ləzzətidir. Tərəvəzləri
"Apple" telefonlarını gecə şarj etməyə öyrəşmiş "iPhone
Yanvarın 20-də Prezident İlham Əliyev Davosda "Euronews" televiziy
Saç tökülməsi bəzən normal fizioloji proses hesab olunur, xüsusilə mövs
Müasir dövrdə dəmir yolları bir çox ölkələr üçün iqtisadiyyatın və
Mütəxəssislər depressiya ilə mübarizədə ən çox rast gəlinən və cidd
İnsanın həyatının son mərhələsinə yaxınlaşdığını göstərən bir
Hərbi münaqişənin baş verməsi ehtimalı azdır, amma bunu tamamilə istisn
Araşdırmalar göstərir ki, mətbəxdə tez-tez istifadə olunan duz və digə
