ABŞAzərbaycan münasibətləri yeni mərhələdə
Siyasət 21 Yan 2026 15:00:00 60 0
"Donald Tramp hakimiyyətə gələndən sonra Azərbaycan və ABŞ arasındakı münasibətlərdə Bayden dövründən qalmış problemlərin həlli istiqamətində müəyyən addımlar atılmaqdadır".
Bu xəbəri də oxu: Azərbaycanda "Dell Technologies" şirkətinin iştirakı ilə superkompüter mərkəzi yaradılacaq
Bunu Son.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, 8 avqust görüşü münasibətlərdə yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.
O.Qasımov qeyd edib ki, həmin gün Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflanıb. Bundan əlavə, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıqla bağlı əməkdaşlıq işçi qrupunun yaradılması qərara alınıb və diplomatik təmaslar intensivləşib.
Politoloq əlavə edib ki, Donald Tramp Azərbaycan Prezidentini Sülh Şurasında iştirakla bağlı dəvət edib və Azərbaycan tərəfi bu dəvətə müsbət cavab verərək prosesdə iştirak edəcəyini açıqlayıb:
"Tramp administrasiyası ilə Azərbaycan münasibətlərini kifayət qədər effektiv hesab etmək olar. Bu münasibətlər rasional praqmatizm, qarşılıqlı mənafelərə hörmət və çoxtərəfli əməkdaşlıq prinsiplərinə əsaslanır".
O, həmçinin tərəflər arasındakı əməkdaşlıq sahələrinin enerji, loqistika və nəqliyyat, iqtisadiyyat və ticarət, süni intellekt və hərbi sahələri əhatə etdiyini bildirib.
Politoloq qeyd edib ki, Bayden administrasiyası dövründə yaranmış böhran artıq geridə qalmaqdadır və Tramp administrasiyası ilə Azərbaycan daha əlverişli və praqmatik şərtlərlə əməkdaşlıq edir.
Mina Mikayılova Son.az
Dünən axşamüstündən, daha dəqiq desək, 14:15-dən sonra Masazırda, Səy
Türkiyəli səyahət bloqeri Çağatay Özdemir sosial şəbəkədə etdiyi pay
AZCON Holdinq şirkətlərindən olan ASCO-nun "Akademik Həsən Əliyev&qu
Yanvarın 21-i saat 12:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Ya
Gürcüstanın Marneuli bələdiyyəsinin ərazisində itkin düşən azərbayca
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşl
Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olm
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq.
"Azər-Türk Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi
Sabah Xətai rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yarana
Sosial şəbəkələrdə Mehriban Qəmbərovanın təşəbbüsü ilə şəhidlə
Adı bir müddətdir qalmaqallarda hallanan MedAura Klinikasının son iki ayda
Bu gün Masallı rayonu Köhnə Alvadı kəndi ərazisində minik avtomobilinin
Həcc ziyarəti üzrə kvotanın 60 faizdən çoxu tamamlanmaq üzrədir.
Türkiyənin sevilən məşhur aktyoru Ufuk Özkanın səhhəti daha da ağır
