Günel Nəbiyeva dövlət bankına rəhbər təyin olundu
Digərləri 21 Yan 2026 14:01:00 61 0
"Azər-Türk Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin üzvü Günel Nəbiyeva Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Bu xəbəri də oxu: Türkiyə bayrağına qarşı hörmətsizlik:
Son.az oxu.az-a istinadən xəbər verir ki, Günel Nəbiyeva 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqində baş hüquq inzibatçısı və digər rəhbər vəzifələrdə çalışıb.
O, ölkənin bank sektorunda 15 ildən artıq zəngin təcrübəyə malikdir. 2006-cı ildən etibarən "Unibank" Kommersiya Bankı ASC-də, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasında (Mərkəzi Bank) müxtəlif rəhbər vəzifələr tutub. 2022-25-ci illərdə "Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının tərkibində yer alıb və 2025-ci ilin dekabr ayından Bankın İdarə Heyətinin üzvüdür. Bundan əlavə, holdinqdəki fəaliyyəti dövründə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Bakı Metropoliteni" QSC və "BakuBus" MMC-nin müşahidə şuralarının üzvü təyin edilib.
Günel Nəbiyeva 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2008-ci ildə isə magistr pilləsini bitirib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28 mart 2024-cü il tarixli Sərəncamı ilə bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin 51%-i SOCAR-a ötürülüb. Hazırda bankın nizamnamə kapitalının ümumilikdə 75%-i dövlətə (51%-i SOCAR-da olmaqla), 6.55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i "Qala Həyat Sığorta Şirkəti" ASC-yə, 12.37%-i "T.C. Ziraat Bankası" AŞ-yə və 1.08%-i "Ziraat Bank International" AG-yə məxsusdur. Səhmdarların ümumi yığıncağında dövlət adından qərarların qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla həyata keçirilir.
Sabah Xətai rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yarana
Sosial şəbəkələrdə Mehriban Qəmbərovanın təşəbbüsü ilə şəhidlə
Adı bir müddətdir qalmaqallarda hallanan MedAura Klinikasının son iki ayda
Bu gün Masallı rayonu Köhnə Alvadı kəndi ərazisində minik avtomobilinin
Həcc ziyarəti üzrə kvotanın 60 faizdən çoxu tamamlanmaq üzrədir.
Türkiyənin sevilən məşhur aktyoru Ufuk Özkanın səhhəti daha da ağır
Milli Məclisdə Xarici İşlər Nazirliyinin nümayəndələrinin iştirakı il
Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında əlaqələri genişlənd
Sosial şəbəkələrdə müzakirə olunan, AMEA-nın Prezidenti İsa Həbibbəy
Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar.
Azərbaycanda "Dell Technologies" şirkətinin iştirakı ilə superko
Xırdalan şəhərində yerləşən "Araz" marketin parkinq tarifləri
2026-cı il astroloji baxımdan böyük maliyyə dəyişiklikləri və yeni imka
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin müvafiq əmr
