Azərbaycan Prezidenti: Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur
Siyasət 20 Yan 2026 16:14:00 78 0
Belə nüfuzlu mükafatı ("Zayed İnsan Qardaşlığı Mükafatı" - red.) almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm.
Bu xəbəri də oxu: İlham Əliyev Şəhidlər xiyabanını ziyarəti barədə sosial şəbəkə hesablarında videoçarx paylaşıb
Son.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda "Euronews" televiziyasına müsahibəsində bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. "Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur", - deyə Prezident İlham Əliyev əlavə edib.
Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyə
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq üç uşaq yağış alt
Məsələ ilə bağlı "Changan Auto" açıqlama verib:
Yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycanda "Kontakt Home" əmtəə nişanı altında məişət texn
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə
2025-ci ildə Azərbaycanda külək elektrik stansiyalarında (KES) 118,5 milyon
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükə
İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi p
20 Yanvar 1990-cı il hadisələrinə həsr olunmuş yeni sənədli-bədii film
Son.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 08:49-da qızıl 2,29% ba
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı növbəti paylaşım edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda
"Qardaşım uzun müddət xəstə idi, həmin xəstəlikdən vəfat etdi&qu
