Dövlətə borcunu tam ödəməyən “Kontakt Home” kredit təşkilatının sərmayəsini daha 8 milyon artırıb


Digərləri 20 Yan 2026 15:35:00 61 0

Dövlətə borcunu tam ödəməyən “Kontakt Home” kredit təşkilatının sərmayəsini daha 8 milyon artırıb

Azərbaycanda "Kontakt Home" əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom" şirkətinə məxsus "Nova Credit" BOKT-nin nizamnamə kapitalı kəskin artırılıb.

Son.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, kredit təşkilatının nizamnamə kapitalı 1 milyon manatdan 9 milyon manata çatdırılıb.

Məlumat üçün bildirək ki, ötən ilin dekabrın 1-də Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri nəticəsində "Nova Credit" BOKT MMC-də qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib və kredit təşkilatının vəzifəli şəxsi 4 min manat cərimələnib.

Qeyd edək ki, "Nova Credit" BOKT-nin sahibi "ABC-Telecom" şirkətidir. Bu kredit təşkilatı 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi "ABC-Telecom"un icraçı direktoru İsrafilzadə Həsən Fazil oğludur.

"ABC-Telecom" isə ötən ilin oktyabrından bəri dövlət qarşısında borcla üzləşib və həmin vaxt şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 7,7 milyon manata yaxın vergi borcunun olduğu üzə çıxıb.

Sonradan şirkət bu borcun miqdarını həmin ilin noyabrında 6,7 milyon manata, dekabrında isə 5,9 milyon manata, cari ilin əvvəlində isə 5,6 milyon manata endirə bilib. "ABC-Telecom" şirkətinin hazırda bu borcunun miqdarı 2,97 milyon manat təşkil edib.

Beləliklə, "ABC-Telecom" ötən ilin oktyabrın 27-dən bu günə kimi dövlətə 4,7 milyon manat borc ödəməyə məcbur edilib ki, bu da ümumi borcun təxminən 61%-i deməkdir.

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur.

Qeyd edək ki, ötən ilin noyabr ayında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Kontakt Home" əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom" şirkətinin haqsız rəqabətə yol verdiyi ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, mağazalar şəbəkəsinin "HOFFMANN" markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi, məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə etməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaratdığı və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozduğu müəyyən edilib. Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə "ABC-Telecom"a icrası məcburi göstərişlər verilib. Xatırladaq ki, "ABC-Telecom" 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və "Kontakt" mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadədir.

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb like
  • 20 Yan 15:23  
Digərləri Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb

Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə

arrow Ətraflı
Azərbaycanda günəş və külək enerjisi istehsalı artıb like
  • 20 Yan 15:18  
Digərləri Azərbaycanda günəş və külək enerjisi istehsalı artıb

2025-ci ildə Azərbaycanda külək elektrik stansiyalarında (KES) 118,5 milyon

arrow Ətraflı
DTXnin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər like
  • 20 Yan 15:09  
Digərləri DTXnin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükə

arrow Ətraflı
İranda ölənlər və saxlanılanların sayı açıqlandı like
  • 20 Yan 15:00  
Dünya İranda ölənlər və saxlanılanların sayı açıqlandı

İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi p

arrow Ətraflı
"Qəhrəmanlıq varislikdir": Bir insanın cəsarəti ilə dəyişən talelərin hekayəsi like
  • 20 Yan 14:53  
Digərləri "Qəhrəmanlıq varislikdir": Bir insanın cəsarəti ilə dəyişən talelərin hekayəsi

20 Yanvar 1990-cı il hadisələrinə həsr olunmuş yeni sənədli-bədii film

arrow Ətraflı
Qızıl bahalaşmaqda davam edir like
  • 20 Yan 14:46  
Digərləri Qızıl bahalaşmaqda davam edir

Son.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 08:49-da qızıl 2,29% ba

arrow Ətraflı
Tramp Qrenlandiyaya ABŞ bayrağı “sancdı” like
  • 20 Yan 14:16  
Dünya Tramp Qrenlandiyaya ABŞ bayrağı “sancdı”

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı növbəti paylaşım edib.

arrow Ətraflı
İlham Əliyev Davosda Finlandiya Prezidenti ilə görüşüb  FOTO like
  • 20 Yan 14:10  
Siyasət İlham Əliyev Davosda Finlandiya Prezidenti ilə görüşüb FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda

arrow Ətraflı
Sabah Xankəndiyə ilk köç olacaq like
  • 20 Yan 14:08  
Digərləri Sabah Xankəndiyə ilk köç olacaq

Xankəndi şəhərinə yanvarın 21-də ilk köç olacaq.

arrow Ətraflı
Səfər Əbiyev əsəbiləşdi  "Bəsdir, sual verdin, mən vətənimdəyəm" like
  • 20 Yan 13:56  
Digərləri Səfər Əbiyev əsəbiləşdi "Bəsdir, sual verdin, mən vətənimdəyəm"

"Qardaşım uzun müddət xəstə idi, həmin xəstəlikdən vəfat etdi&qu

arrow Ətraflı
Prezident İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb  FOTO like
  • 20 Yan 13:53  
Siyasət Prezident İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda

arrow Ətraflı
Azərbaycanda bu yol bağlandı  50dən çox kənd işıqsız qaldı like
  • 20 Yan 13:50  
Digərləri Azərbaycanda bu yol bağlandı 50dən çox kənd işıqsız qaldı

Qar səbəbilə Cəlilabad-Yardımlı avtomobil yolunda hərəkət çətinləşi

arrow Ətraflı
21 yanvar  Nadir GÖRÜNTÜLƏR like
  • 20 Yan 13:50  
Digərləri 21 yanvar Nadir GÖRÜNTÜLƏR

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 36-ci ildönümüdür.

arrow Ətraflı
Qarlı hava nə vaxta qədər davam edəcək?  Gülşad Məmmədovadan AÇIQLAMA like
  • 20 Yan 13:28  
Digərləri Qarlı hava nə vaxta qədər davam edəcək? Gülşad Məmmədovadan AÇIQLAMA

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda ölkə əraz

arrow Ətraflı
"Aygün Bəylərin o sözü acığıma gəlmişdi" like
  • 20 Yan 13:27  
Şou-biznes "Aygün Bəylərin o sözü acığıma gəlmişdi"

Bəstəkar Ruslan Səfəroğlu mərhum Əməkdar artist Aygün Bəylə bağlı m

arrow Ətraflı