Kamaləddin Qafarov: “20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi”


Digərləri 20 Yan 2026 11:00:00 65 0

Kamaləddin Qafarov: “20 Yanvar faciəsi  terrorun bariz nümunəsi idi”

"20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış, siyasi məqsədli və hərbi cinayət xarakteri daşıyan qanlı əməliyyatı idi". Bu fikri 20 Yanvar faciəsinin mahiyyəti ilə bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

O, vurğulayıb ki, bu qırğın təsadüfən baş verməmişdi. "Keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı açıq və qəti mövqe nümayiş etdirən Azərbaycan cəmiyyətini qorxutmaq, milli azadlıq iradəsini boğmaq üçün Kreml ən qəddar üsula əl atdı. Mixail Qorbaçovun birbaşa əmri ilə Bakıya yeridilən on minlərlə hərbçi ağır texnika, tanklar, zirehli maşınlar və avtomatik silahlarla dinc əhaliyə hücum etdi. Küçələrdə insanlar qətlə yetirildi, təcili yardım maşınları atəşə tutuldu, yaşayış məhəllələri mühasirəyə alındı. Bu, hüququn, humanizmin və beynəlxalq normaların açıq şəkildə tapdanması idi və Sovet dövlətinin öz vətəndaşlarına qarşı həyata keçirdiyi dövlət terrorunun bariz nümunəsi kimi tarixə düşdü". Millət vəkili fikirlərini davam etdirərək keçmiş sovet ordusunun iri kontingenti tərəfindən Bakının zəbt olunmasının xüsusi qəddarlıqla müşayiət edildiyini bildirib: "Öz çirkin məqsədlərini yerinə yetirmək üçün 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və "Nasoslu" aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdilər. Azərbaycan xalqı yanvar ayının 19-dan 20-nə keçən gecə şiddətli hərbi təcavüzlə üzləşdi. Milli azadlıq və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı ordu hissələri yeridildi və yüzlərlə günahsız insan qətlə yetirildi. Ölkəmizin və xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş həmin hadisələrdən bu gün 36 il keçir. Həmin vaxt fövqəladə vəziyyətin yanvarın 20-də saat 00.00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilmədi. 1990-cı ilin yanvar ayının 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilən qoşun hissələri dinc əhalini təkcə küçə və meydanlarda deyil, hətta öz evlərində belə kütləvi şəkildə qətlə yetirmişlər. Nəticədə təkcə Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri də olub. Ümumilikdə isə, Azərbaycanın 150 nəfər "20 Yanvar şəhidi" vardır." Daha sonra deputat hər zaman millətin ən ağır günlərində öz xalqının yanında olan, onun dərdini bölüşən Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsi zamanı nümayiş etdirdiyi siyasi cəsarət və prinsipial mövqeyindən bəhs edib: "Birmənalı olaraq demək lazımdır ki, baş verən qanlı hadisələrin fonunda Sovet imperiyasının mərkəzində olmasına rəğmən, SSRİ rəhbərliyini ittiham etməkdən çəkinməyən Ulu Öndər Heydər Əliyevin nümayiş etdirdiyi siyasi cəsarət və prinsipial mövqe 20 Yanvar həqiqətlərinin üzə çıxarılmasında həlledici rol oynadı. 1990-cı il yanvarın 21-də, həyatını real təhlükə altına qoyaraq, Sovet rejiminin qadağalarına baxmayaraq Moskvada verdiyi bəyanatla Ümummilli Lider Qanlı Yanvar hadisələrini törədənləri açıq şəkildə ittiham etdi, dinc əhaliyə qarşı silah işlədilməsini hüquqa, demokratiyaya və insanlığa zidd ağır cinayət adlandırdı, məsuliyyətin birbaşa SSRİ rəhbərliyinin üzərində olduğunu bəyan etdi. Bu çıxış Sovet imperiyası daxilində susdurulmuş həqiqətin ilk dəfə bu qədər açıq və sərt şəkildə səsləndirilməsi idi. Ulu Öndər Heydər Əliyev imperiyanın saxta "qanunçuluq" pərdəsini cıraraq, dünya ictimaiyyətinə göstərdi ki, Bakıda baş verənlər adi fövqəladə vəziyyət deyil, xalqın qəsdən qırılmasıdır. Bu mövqe 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsinin ideoloji və mənəvi əsasını formalaşdırdı. Sonrakı illərdə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində faciənin səbəbləri araşdırıldı, günahkarların məsuliyyəti gündəmə gətirildi, şəhidlərin xatirəsi dövlət səviyyəsində uca tutuldu. Ulu Öndər Heydər Əliyev üçün bu məsələ yalnız keçmişə qiymət vermək deyildi, bu, Azərbaycan xalqının milli ləyaqətinin və tarixi həqiqətinin qorunması idi. 20 Yanvarı törədən imperiya qüvvələri bu mövqenin qarşısında ifşa olundu, Azərbaycan xalqı isə bu qanlı sınaqdan daha da güclənərək çıxdı və müstəqillik yolunda geri dönüşü olmayan qərarını verdi".


Xəbərə aid video

Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər like
  • 20 Yan 10:55  
Digərləri Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər

Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Baş nazir Əli Əsədov, Milli M�

arrow Ətraflı
Qışda böyük yüksəliş: 5 bürc varlanacaq like
  • 20 Yan 10:47  
Digərləri Qışda böyük yüksəliş: 5 bürc varlanacaq

2026-cı ilin qışı beş bürcün nümayəndələri üçün karyera baxımınd

arrow Ətraflı
"Nərimanov" stansiyasına güllə yarası alan 2 nəfər gətirildi"  Cahil Həsənov like
  • 20 Yan 10:42  
Digərləri "Nərimanov" stansiyasına güllə yarası alan 2 nəfər gətirildi" Cahil Həsənov

Bu gün 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə ölkənin müxt

arrow Ətraflı
ABŞ səfirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib like
  • 20 Yan 10:29  
Siyasət ABŞ səfirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib

ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağl�

arrow Ətraflı
ABŞdə 100dən çox maşın toqquşdu like
  • 20 Yan 10:22  
Dünya ABŞdə 100dən çox maşın toqquşdu

ABŞ-nin Miçiqan ştatında güclü qar yağışı səbəbindən 100-dən çox

arrow Ətraflı
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir like
  • 20 Yan 10:21  
Digərləri Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir

Qanlı Yanvar hadisələrindən 36 il ötür. Hər il olduğu kimi, faciənin n�

arrow Ətraflı
Səfər Əbiyevə ağır itki like
  • 20 Yan 09:51  
Digərləri Səfər Əbiyevə ağır itki

Azərbaycanın keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyevə a�

arrow Ətraflı
Ağıl­sız fəlsəfə: Aleksandr Duqinin yüksəliş anatomiyası like
  • 20 Yan 09:43  
Dünya Ağıl­sız fəlsəfə: Aleksandr Duqinin yüksəliş anatomiyası

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
İlham Əliyev Şəhidlər xiyabanını ziyarəti barədə sosial şəbəkə hesablarında videoçarx paylaşıb like
  • 20 Yan 09:36  
Siyasət İlham Əliyev Şəhidlər xiyabanını ziyarəti barədə sosial şəbəkə hesablarında videoçarx paylaşıb

Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyaban�

arrow Ətraflı
Neftimiz ucuzlaşdı like
  • 20 Yan 09:32  
Digərləri Neftimiz ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli

arrow Ətraflı
"Nobel vermədiniz, daha sülhü düşünməyə borclu deyiləm" like
  • 20 Yan 09:30  
Dünya "Nobel vermədiniz, daha sülhü düşünməyə borclu deyiləm"

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatının ona təqdim olunmamasın

arrow Ətraflı
Hazırda bu yollar bağlanıb  Sürücülərə XƏBƏRDARLIQ like
  • 20 Yan 09:29  
Digərləri Hazırda bu yollar bağlanıb Sürücülərə XƏBƏRDARLIQ

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlə

arrow Ətraflı
“Xanımımla verilişimdə tanış olduq” like
  • 20 Yan 09:19  
Şou-biznes “Xanımımla verilişimdə tanış olduq”

Aparıcı Saleh Bağırov şəxsi həyatı ilə bağlı açıqlama verib.

arrow Ətraflı
Azərbaycanlı aparıcının ailəsində xeyir iş like
  • 20 Yan 08:48  
Şou-biznes Azərbaycanlı aparıcının ailəsində xeyir iş

Bəstəkar-müğənni Zülfi Bədəlov yenidən nişanlanıb.

arrow Ətraflı