"Nərimanov" stansiyasına güllə yarası alan 2 nəfər gətirildi" Cahil Həsənov


Digərləri 20 Yan 2026 10:42:00 52 0

"Nərimanov" stansiyasına güllə yarası alan 2 nəfər gətirildi"  Cahil Həsənov

Bu gün 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə ölkənin müxtəlif yerlərində şəhidlərin xatirəsi anılıb.

Son.az xəbər verir ki, anım mərasimlərindən biri də "20 Yanvar" metro stansiyasında keçirilib.

Səhər saatlarından etibarən stansiyada xüsusi sükut hökm sürüb. Metrodan istifadə edən sərnişinlər və şəhər sakinləri 1990-cı il yanvarın 20-də sovet qoşunlarının törətdiyi qırğın zamanı həlak olan şəhidləri ehtiramla yad ediblər.

Qatar maşinisti Cahil Həsənov 19-dan 20-nə keçən gecə iş başında olanlardan biridir. Onun sözlərinə görə, atışma səsləri gecə saatlarında eşidilib, yaralılar metro vasitəsilə daşınıb. Maşinistlər bütün təhlükələrə baxmayaraq, yaralıların və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün səhərə qədər fasiləsiz işləyiblər:

"Gecə saat 11-də işimi qurtarıb evə gedəcəkdim. Bizə məlumat verdilər ki, bəs rus qoşunları şəhərə daxil olub. Metro saat 12-də bağlanır, amma dedilər ki, ola bilsin metro səhərə kimi işləsin və əlavə kömək lazımdır. Biz də etiraz eləmədik. Saat 12-yə yaxın atışma səsləri eşidildi. "Nərimanov" stansiyasına güllə yarası alan iki nəfər gətirildi. Bildirildi ki, Çapayev küçəsi və Tbilisi prospektində dinc sakinlərə atəş açılır, ölən və yaralananlar var. Məlumat dispetçerə ötürüldü və dörd maşinist hadisə yerinə göndərildik. Gecə atışmalar davam edirdi. "Dəmir yolu Texnikumu" yaxınlığında vurulmuş "İkarus" avtobusunu və yaralı qadını gördük. Ona kömək etmək istədikdə bizə də atəş açıldı, bir müddət sonra yaralını götürərək "Nərimanov" stansiyasına gətirdik. Daha sonra "İçərişəhər" istiqamətində çoxlu sərnişinin olduğu bildirildi. Stansiyaya daxil olmaq mümkün olmadığından, tunellə qaçan sərnişinlər maşinist kabinəsindən qatar salonuna yerləşdirildi. Bütün təhlükələrə baxmayaraq, səhərə kimi fasiləsiz işlədik".

Mina Mikayılova Son.az

ABŞ səfirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib like
  • 20 Yan 10:29  
Siyasət ABŞ səfirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib

ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağl�

arrow Ətraflı
ABŞdə 100dən çox maşın toqquşdu like
  • 20 Yan 10:22  
Dünya ABŞdə 100dən çox maşın toqquşdu

ABŞ-nin Miçiqan ştatında güclü qar yağışı səbəbindən 100-dən çox

arrow Ətraflı
Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir like
  • 20 Yan 10:21  
Digərləri Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir

Qanlı Yanvar hadisələrindən 36 il ötür. Hər il olduğu kimi, faciənin n�

arrow Ətraflı
Səfər Əbiyevə ağır itki like
  • 20 Yan 09:51  
Digərləri Səfər Əbiyevə ağır itki

Azərbaycanın keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyevə a�

arrow Ətraflı
Ağıl­sız fəlsəfə: Aleksandr Duqinin yüksəliş anatomiyası like
  • 20 Yan 09:43  
Dünya Ağıl­sız fəlsəfə: Aleksandr Duqinin yüksəliş anatomiyası

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
İlham Əliyev Şəhidlər xiyabanını ziyarəti barədə sosial şəbəkə hesablarında videoçarx paylaşıb like
  • 20 Yan 09:36  
Siyasət İlham Əliyev Şəhidlər xiyabanını ziyarəti barədə sosial şəbəkə hesablarında videoçarx paylaşıb

Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyaban�

arrow Ətraflı
Neftimiz ucuzlaşdı like
  • 20 Yan 09:32  
Digərləri Neftimiz ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli

arrow Ətraflı
"Nobel vermədiniz, daha sülhü düşünməyə borclu deyiləm" like
  • 20 Yan 09:30  
Dünya "Nobel vermədiniz, daha sülhü düşünməyə borclu deyiləm"

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatının ona təqdim olunmamasın

arrow Ətraflı
Hazırda bu yollar bağlanıb  Sürücülərə XƏBƏRDARLIQ like
  • 20 Yan 09:29  
Digərləri Hazırda bu yollar bağlanıb Sürücülərə XƏBƏRDARLIQ

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlə

arrow Ətraflı
“Xanımımla verilişimdə tanış olduq” like
  • 20 Yan 09:19  
Şou-biznes “Xanımımla verilişimdə tanış olduq”

Aparıcı Saleh Bağırov şəxsi həyatı ilə bağlı açıqlama verib.

arrow Ətraflı
Azərbaycanlı aparıcının ailəsində xeyir iş like
  • 20 Yan 08:48  
Şou-biznes Azərbaycanlı aparıcının ailəsində xeyir iş

Bəstəkar-müğənni Zülfi Bədəlov yenidən nişanlanıb.

arrow Ətraflı
Dünyada ən çirkli havası olan şəhər like
  • 20 Yan 07:07  
Dünya Dünyada ən çirkli havası olan şəhər

Qırğızıstanın paytaxtı Bişkek bir həftə ərzində ikinci dəfə dünyan

arrow Ətraflı
Azərbaycanda arı ailələri niyə məhv olur? like
  • 20 Yan 06:06  
Digərləri Azərbaycanda arı ailələri niyə məhv olur?

Saatlıda arılar kütləvi şəkildə tələf olur...

arrow Ətraflı