"Nobel vermədiniz, daha sülhü düşünməyə borclu deyiləm"
Dünya 20 Yan 2026 09:30:00 69 0
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatının ona təqdim olunmamasından narazı qaldığını açıqlayıb və bu qərardan sonra artıq yalnız sülh amilini əsas götürməyə məcbur olmadığını bildirib.
Bu xəbəri də oxu: YPG Suriyada İŞİDçi terrorçuları həbsxanadan sərbəst buraxdı
Son.az xəbər verir ki, Tramp bu fikirləri Norveçin baş nazirinə ünvanladığı məktubda ifadə edib. ABŞ lideri bundan sonra qərarlarını yalnız Amerikanın maraqları və ölkə üçün faydalı hesab etdiyi addımlar üzərində quracağını vurğulayıb.
Məktubda Tramp Qrenlandiya məsələsinə də toxunaraq bildirib ki, bu ərazi ABŞ-nin dəstəyi olmadan Rusiya və ya Çin kimi güclərdən qoruna bilməz. O, Danimarkanın Qrenlandiya üzərindəki suveren hüquqlarını da şübhə altına alıb.
ABŞ prezidenti qeyd edib ki, guya səkkiz müharibənin dayandırılmasında rol oynamasına baxmayaraq, Nobel Sülh Mükafatına layiq görülməməsi onun yanaşmasına təsir edib. Tramp məktubunda "Sülh hər zaman qalib gəlməlidir, lakin mövcud qərarı nəzərə alaraq artıq yalnız bu anlayışla hərəkət etməyə borclu deyiləm. İndi ABŞ üçün ən doğru və faydalı olanı düşünə bilərəm", - fikirlərini səsləndirib.
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlə
Aparıcı Saleh Bağırov şəxsi həyatı ilə bağlı açıqlama verib.
Bəstəkar-müğənni Zülfi Bədəlov yenidən nişanlanıb.
Polşada nikah şəhadətnamələrindəki "ər" və "arvad"
Qırğızıstanın paytaxtı Bişkek bir həftə ərzində ikinci dəfə dünyan
Makaronun yanlış üsulla və ya lazım olandan artıq bişirilməsi onun xəm
Çində aparılan araşdırma musiqi ilə ürək sağlamlığı arasındakı əl
D vitamini, xüsusilə, qış dövründə immunitetin, sümük sağlamlığını
"Mecum" hərracına çıxarılan "Chevrolet Camaro" modellə
Çin yanvarın 1-dən Rusiyadan elektrik enerjisi idxalını tam dayandırıb. &
İnternet sürətindən narazısınızsa, bir neçə sadə üsulla modeminizin p
"FlyDubai" aviaşirkətinə məxsus, Dubay - Kazan marşrutu üzrə h�
ABŞ dollarının dünya ehtiyatlarındakı payı son 20 il ərzində minimuma d
Rusiya qoşunları artıq Ukrayna ərazisinə yeni kütləvi zərbə endirməyə
