3 ton ot bağlaması yanıb


Digərləri 08 Mar 2018 21:20:00 424 0

3 ton ot bağlaması yanıb

Sabirabad rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Şəhriyar kəndində ümumi sahəsi 70 m2 olan talvarın altına yığılmış 7 ton ot bağlamasının 3 tonu yanıb. Talvar, bitişik tövlə və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.