DYP Bakıda reyd keçirib, 200dən artıq qadın sürücü saxlanılıb FOTO


Digərləri 08 Mar 2018 20:51:00 375 0

DYP Bakıda reyd keçirib, 200dən artıq qadın sürücü saxlanılıb  FOTO

Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşları şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin sayının aşağı salınması, təbliğat və maarifləndirmə işinin gücləndirlməsi məqsədi ilə reyd keçiriblər.

Son.az report.az-a istinadən bildirir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən reyd zamanı 200-dən artıq qadın sürücü saxlanılıb. 

İdarə etdiyi avtomobil üzrə qadın sürücülər barədə DYP-nin Mərkəzi Məlumat Sistemində olan informasiyalar yoxlanılıb. Araşdırmalar zamanı il ərzində inzibati xətası qeydə alınmayan, Yol Patrul Xidməti (YPX) əməkdaşları tətəfindən saxlanılmayan, barəsində inzibati tənbeh seçilməyən qadın sürücülər müəyyən edilib və onlar DYP əməkdaşları tərəfindən "Nümunəvi qadın sürücü" elan edilərək gül buketi, müxtəlif hədiyyə və kuponlarla mükafatlandırılıb.


Xəbərə aid fotolar