27 yaşlı qız intihara cəhd edib


Digərləri 08 Mar 2018 20:37:26 296 0

27 yaşlı qız intihara cəhd edib

Zaqatalada 27 yaşlı qız özünü hündürmərtəbəli binanın dördüncü mərtəbəsindən yerə atıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 17 radələrində Zaqatala şəhəri İmam Şamil küçəsində, "Köhnə bazar" adlanan ərazidəki  yeddimərtəbəli yaşayış binasının sakini 1991-ci il təvəllüdlü Günay Murad qızı Balayeva özünü dördüncü mərtəbədən yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Günay Balayeva travmatik şok vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. 

MRX-dan verilən məlumatda bildirilir ki, son zamanlar əsəb xəstəliyindən əziyət çəkən Günay Balayeva intihar etmək məqsədi ilə özünü binanın dördüncü mərtəbəsindən yerə atıb. 

Faktla bağlı araşdırma aparılır.