Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir


Digərləri 28 Fev 2018 12:26:45 228 0

Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir

Bakıda Şimali Atlantika Alyansının Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən seminar keçirilir.

Bakı. Müdafiə Nazirliyinin NATO ilə 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Bakıda Şimali Atlantika Alyansının Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən seminar keçirilir. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, seminarda NATO nümayəndə heyəti tərəfindən iştirakçılara hava əməliyyatlarının aparılması, hava nəqliyyatı əməliyyatlarının planlaşdırılması və icrası, eləcə də müharibə zonasında axtarış-xilasetmə əməliyyatlarının keçirilməsi və digər mövzularda brifinqlər təqdim olunur. Tədbirdə müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin