Bakının 7 rayonunda söküntü: Ərazilər AÇIQLANDI


Digərləri 14 Yan 2026 17:18:00 72 0

Bakının 7 rayonunda söküntü: Ərazilər AÇIQLANDI

"Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır".

Son.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.

O bildirib ki, bu ərazilərdə qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb:

"Sözügedən binaların söküntüsü planlaşdırılır. Söküntüdən əvvəl dövlət xətti ilə dövlət büdcəsindən və investorlar vasitəsilə prosesin aparılması və kompensasiyaların aparılması nəzərdə tutulur. Həmçinin bəzi ərazilərdə abadlıq işlərinin görülməzi, parkların salınması gözlənilir".

Sədr vurğulayıb ki, öz mülkündən imtina edən vətəndaşlara kompensasiya verilir ki, onlar başqa ərazilərdə özləri üçün yaşayış sahələri əldə edə bilsinlər:

"Əgər söküntünün getdiyi ərazidə yeni binaların inşası aparılarsa, həmin binadan vətəndaşlara yeni mənzillər təklif olunur. Bəzən deyirlər ki, kompensasiyanın miqdarı daşınmaz əmlakın dəyəri bazar qiymətinə uyğun müəyyən olunur. Biz Qiymətləndiricilər Cəmiyyəti olaraq daşınmaz əmlakın dəyərini onun yerinə tikiləcək yeni binanın satışında bir kvadratmetrə düşən məbləğə əsasən hesablayırıq. Bunun əsas səbəbi isə vətəndaşın yaşadığı əraziyə yaxın yerdə özünə mənzil ala bilməsinə şərait yaradılması ilə əlaqədardır".

Vüqar Orucov bildirib ki, qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş tikililər fövqəladə hallar zamanı insanların həyatı üçün ciddi risk yaradır:

"Bəzi tikililər sürüşmə zonalarında, neft ilə çirklənmiş ərazilərdə, yüksəkgərginlik xəttin keçdiyi yerlərdə inşa olunub. Bunların hər biri insanın həyatını riskə atan amillərdir. Risk faktorunun aradan qaldırılması üçün də müvafiq söküntü işləri aparılır. Bəzi fərdi yaşayış evləri var ki, kommunikasiya xətlərinin keçdiyi torpaq sahəsində qanunsuz inşa edilib, mühafizə zolağına daxildir. Bu evlər də sökülür və lazımi kompensasiya ödənilir".

O əlavə edib ki, "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na uyğun olaraq şəhərin yenidən planlaması həyata keçirilir:

"Müasir tələblərə uyğun, tarixilik, qədimlik prinsipləri qorunmaq şərti ilə aparılacaq yeni infrastruktur dəyişikliklər, yeni yolların, parkların salınması, yeni binaların tikilməsi müəyyən dəyişiklər baş tutacaq. Bayılda, "Sovetski" adlanan ərazidə və ətraf məhəllələrdə, Yasamal rayonunda istismar müddətini başa vuran fərdi yaşayış evləri, magistral və park sahələrində yerləşən, yeni salınacaq park yerlərində mövcud olan bina və fərdi yaşayış evləri söküntüyə uyğun bilinir.

Nəqliyyat əlçatanlığının təmin olunması istiqamətində hansı ərazilərdə yeni yollar çəkiləcəksə, bu xəttə düşən fərdi yaşayış evləri və binalar da söküləcək. Baş plana uyğun şəhərin görüntüsü yenilənəcək.

Bu prosesin önəmi ondan ibarətdir ki, həmin ərazilərdə yaşayan vətəndaşlar yeni müasir dizayna malik mənzillərin əldə etməsinı şərait yaradacaq".


Xəbərə aid fotolar

İranda etirazlar zamanı saxlanılanlar like
  • 14 Yan 17:07  
Dünya İranda etirazlar zamanı saxlanılanlar

İranın məhkəmə hakimiyyətinin başçısı Qolam Hüseyn Möhseni Eceyi öl

arrow Ətraflı
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası təsdiq olundu like
  • 14 Yan 16:57  
Siyasət "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası təsdiq olundu

"Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Məd

arrow Ətraflı
"Şuşa OtelKonqres Mərkəzi Kompleksi" müqavilə əsasında idarəetməyə verilir like
  • 14 Yan 16:56  
Siyasət "Şuşa OtelKonqres Mərkəzi Kompleksi" müqavilə əsasında idarəetməyə verilir

Prezident İlham Əliyev "Şuşa Otel-Konqres Mərkəzi Kompleksi"nin

arrow Ətraflı
Azərbaycanla Somali arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad olundu like
  • 14 Yan 16:55  
Siyasət Azərbaycanla Somali arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad olundu

Azərbaycanla Somali arasında diplomatik pasport sahibləri vizadan qarşılıq

arrow Ətraflı
Bu şəxslər Azərbaycanla Uqanda arasındakı viza tələblərindən azad edildi like
  • 14 Yan 16:54  
Siyasət Bu şəxslər Azərbaycanla Uqanda arasındakı viza tələblərindən azad edildi

Azərbaycanla Uqanda arasındakı diplomatik və xidməti pasport sahibləri viz

arrow Ətraflı
"Ağadadaş Ağayev məni aldadıb, çoxlu pul verdi"  Vüsalə Əlizadə like
  • 14 Yan 16:52  
Digərləri "Ağadadaş Ağayev məni aldadıb, çoxlu pul verdi" Vüsalə Əlizadə

Aparıcı Vüsalə Əlizadə illər sonra Ağadadaş Ağayevlə bağlı etiraf e

arrow Ətraflı
Tərtər hadisələrində ölən polkovnikin övladlarına like
  • 14 Yan 16:47  
Kriminal Tərtər hadisələrində ölən polkovnikin övladlarına

2017-ci ildə Tərtər hadisələri zamanı ölən polkovnik-leytenant Saleh Qaf

arrow Ətraflı
Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət konsert proqramı keçiriləcək like
  • 14 Yan 16:45  
Kriminal Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət konsert proqramı keçiriləcək

Fevralın 12-də Opera studiyasında sevilən mahnıların müəllifi, Xalq arti

arrow Ətraflı
"Aynurun o sözlərindən sonra 3 gün özümə gələ bilmədim" like
  • 14 Yan 16:30  
Şou-biznes "Aynurun o sözlərindən sonra 3 gün özümə gələ bilmədim"

Müğənni Rahidə Baxışova "Öz aramızda" verilişində verdiyi a�

arrow Ətraflı
Vaqif Xaçatryan və digərləri ölkələrinə təhvil verildi like
  • 14 Yan 16:29  
Kriminal Vaqif Xaçatryan və digərləri ölkələrinə təhvil verildi

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa v

arrow Ətraflı
Qusarda avtoxuliqanlıq edən sürücü belə saxlanıldı like
  • 14 Yan 16:20  
Digərləri Qusarda avtoxuliqanlıq edən sürücü belə saxlanıldı

Qusar rayonunda yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, h�

arrow Ətraflı
Zümrüd Vəliyevaya yüksək vəzifə verildi  FOTO like
  • 14 Yan 16:06  
Digərləri Zümrüd Vəliyevaya yüksək vəzifə verildi FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Ener

arrow Ətraflı
“myGov” adı ilə yeni fırıldaq: Şəxsi məlumatlar təhlükədədir  FOTO like
  • 14 Yan 15:54  
Digərləri “myGov” adı ilə yeni fırıldaq: Şəxsi məlumatlar təhlükədədir FOTO

Son günlərdə fişinq xarakterli müxtəlif saxta domenlər yaradılaraq sosia

arrow Ətraflı