“myGov” adı ilə yeni fırıldaq: Şəxsi məlumatlar təhlükədədir FOTO
Digərləri 14 Yan 2026 15:54:00 68 0
Son günlərdə fişinq xarakterli müxtəlif saxta domenlər yaradılaraq sosial şəbəkələr və messengerlər vasitəsilə əhali arasında dövlət tərəfindən ünvanlı sosial yardımların verilməsi ilə bağlı dezinformasiya yayılmaqdadır.
Bu xəbəri də oxu: Gələcək nəsillər üçün su: bu gün hansı qərarlar verilir?
Son.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, xüsusilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi PHŞ-yə məxsus "myGov" portalının adından istifadə olunmaqla saxtalaşdırılmış saytlar yaradılaraq vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi hədəflənir. Sözügedən saxta saytlar vasitəsilə kimlik məlumatlarının, istifadəçi hesablarının və bank kartları kimi mühüm məlumatların ələ keçirilməsinə cəhd edilir.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (bundan sonra Mərkəz) tərəfindən bu kimi saxta domenlərin bir neçəsi müəyyən edilərək müvafiq qurumlarla birgə ölkə üzrə bloklanması təmin edilmişdir. Eyni zamanda, həmin saxta domenlər Mərkəzin "Blacklist.gov.az" platforması vasitəsilə də ictimaiyyətə təqdim olunub.
"Vətəndaşlara saxta domenlər aşkar etdikdə bu barədə məlumatı Blacklist.gov.az - vətəndaşların saxta domenlərdən qorunması platformasına əlavə etmələri, saxta saytlardan qorunmaq məqsədilə öz brauzerlərində platformanın müvafiq genişlənməsindən istifadə etmələri, eləcə də şübhəli sayt və keçidlərə qarşı diqqətli olmalarını tövsiyə edirik", - deyə məlumatda qeyd olunub.
"Qanazlığı yaddaş və diqqət problemlərinə səbəb ola bilər".
Yanvarın 28-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində
Qan azlığının yəni, anemiyanın əsas səbəblərindən biri dəmir çatı�
Yasamal rayonu, Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsi s
Aşıq Telli Borcalı qatıldığı "Tarixin bir günü" verilişində
Laçında ata-baba evi müasir şəkildə təmir edilərək keçmiş məcburi k�
"Dr. Elnara" MMC-nin rəhbəri, kosmetoloq Elnarə Ramiz qızı Rzayev
İrandan gələn məlumatlara görə, dekabrın 28-də başlayan genişmiqyaslı
14.01.2026-ci il tarixində saat 12:00 radələrində Respublika Təcili və Tə
"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min? Belə şey yoxdur".
Müğənni Elit Star Cəmilə sosial şəbəkələrdə yayılan açıqlaması il
Bu gün rəqəmsal platformalar artıq təkcə əyləncə və gündəlik kontent
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sə
ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edib.
Astara rayonunun dağ kəndi Siyəküdə ağır sosial vəziyyət hökm sürür.
